Əsməqovaq və ya titrək qovaq (lat. Populus tremula L.) — Söyüd fəsiləsinə adi bitki növü
Əsməqovaq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Əsməqovaq |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Populus tremula L. (P. pseudotermula N. Rubtz., P. termula — var. P. microtermula Grossh.) Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir.[2]
Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və
göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur[2]
Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan
kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir.[2]
Mart[2]
Mart-Aprel[2]
BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, bəzən Nax. dağ. Orta, nadir hallarda aşağı dağ qurşaqlarında. (850–2000 m d.s.y.)[2]
Meşələrdə rast gəlinir.[2]
Dərman kimi istifadə olunur. Selliloza alınmasında, çəllək üçün taxta, kibrit çöpləri və s. almaq üçün istifadə olunur.[2]
İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |