Tituvenay regional parkı

Tituvenay regional parkı (lit. Tytuvėnų regioninis parkas) — Litvanın regional parkı. 1992-ci ildə yerli təpəlik, bataqlıqgöllü landşaftı, eləcə də Şiluva və Tituvenay rayonları ərazisində yerləşən tarixi abidələri qorumaq məqsədilə yaradılmışdır. Parkın administrasiyası və informasiya mərkəzi Tituvenay şəhərində, Mişko küçəsində yerləşir[1].

Tituvenay regional parkı
lit. Tytuvėnų regioninis parkas
BTMB kateqoriyası — V (Qorunan landşaft/akvatoriya)
Sahəsi 181,59 km²
Yaradılma tarixi 1992
Yerləşməsi
55°34′ şm. e. 23°14′ ş. u.
Ölkə  Litva
Tituvenay regional parkı xəritədə
Tituvenay regional parkı
Tituvenay regional parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Tituvenay parkı Raseyin, Radviliş və Kelmes rayonlarının qovşağında, Litvanın şimal-qərbində Şyaulyay qəzasında, Jemaytiya tarixi regionunda yerləşir. Regional parkın sahəsi — 18 159 hektardır (181 km²). Ərazinin 45 % -ni meşələr,10 % — su-bataqlıq ərazilər, 2 % — göllər, 42 % — isə digər ərazilərdir[2].

Gözə çarpacaq təpəliklər, göllü və bataqlıq ərazilər qədim buzlaşma dövrlərinin izləri hesab olunur. Dalğalı təpəli düzənlik ərazilər torf qatı ilə zəngindir. Tituvenay regional parkında göllər yetərincə çoxdur ( Bridvayşis, Qilius, Qauştvinis və s.). Parkın mərkəzində böyük su-bataqlıq hövzəsi yerləşir (Tirulya)[3][4].

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]
Katolik kilsəsi

Tituvenay parkının ən tanınmış tarixi abidələri XVII əsrə aid katolik kilsəsi və monastır memarlıq kompleksidir. Kompleksə geniş həyət, qalereya, nərdivanlı gözətçi qülləsi və s. daxildir. Əsrarəngiz Şiluva gözətçi qülləsi tanınmış memar Antanasa Vivulişkisin layihəsi əsasında inşa edilmişdir. Bundan başqa parkda paqanizmə aid abidələr, dəfn kurqanları və Müqəddəs Yurqis dağ mövcuddur[5].

Tituvenay regional parkında turizm məqsədilə müxtəlif proqramlar və ekskursiyalar təşkil olunur. Parkda 3 turist marşrutu mövcuddur. Turistlər park ərazisində 5 velosiped yolundan, 2 müşahidə qülləsindən — Tituvenay (henderlek 15 m) və Şyaules (21 m). Bataqlaşmış ərazilərdə quşların müşahidə edilməsinə xidmət göstərən meydança-qüllə var[4].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Rəsmi sayt
  • MELC. "Tytuvėnų regioninis parkas". Visuotinė lietuvių enciklopedija (litva). Mokslo ir enciklopedijų leidybos centras. 2017-04-18. İstifadə tarixi: 2020-04-01.
  1. "Information about the park > History". Kelmė District Municipality page. 2016-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-29.
  2. "Information about the regional park > Territory". Kelmė District Municipality page. 2016-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-29.
  3. "About the park > Landscape". Tytuvėnai Regional Park official website. 2016-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-29.
  4. 1 2 VLE
  5. "About the Park > Culture". Tytuvėnai Regional Park official website. 2016-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-29.