Tivat Beynəlxalq Hava Limanı

Tivat Beynəlxalq Hava Limanı (serb. Аеродром Тиват) — Tivat şəhərindən 4 km aralıda yerləşən beynəlxalq hava limanı. Monteneqronun iki beynəlxalq hava limanından biri.

Tivat Beynəlxalq Hava Limanı
Xəritə

42°24′17″ şm. e. 18°43′24″ ş. u.HGYO


IATA: TIVICAO: LYTV
Məlumat
Hava limanı tipi İctimai
Ölkə
Açılış tarixi 1971
Operator Monteneqro Hava Limanları
Dəniz səviyyəsindən
hündürlüyü
 ft / 6 m
Uçuş-enmə zolaqları
İstiqamət Uzunluq Səth
ft m
07/25 8,202 2,500 Asfalt
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tivat hava limanı İkinci Dünya müharibəsindən sonra hərbi və mülki paraşutçuların hazırlanması məqsədi ilə inşa edilmişdir. 1 may 1957-ci ildə Tivat hava limanı rəsmən açılır. Artıq 15 iyun 1957-ci ildə Belqrad-Tivat—Belqrad reysləri təşkil edilir. 1968-ci ildən etibarən isə bütün Belqrad, Zaqreb və Skopye reysləri DC-3İl-14 təyyarələri ilə həyata keçirilir. 1968 - 1971-ci illərdə hava limanında yeni 2500 m × 45 m olan eniş-uçuş zolağı inşa edilir.

Modernləşdirilmiş «Tivat» hava limanı rəsmən 25 sentyabr 1971-ci ildə açılır. Hava limanının xarakterinə görə uçuşların 80 %-dən çoxu yay turizm mövsümündə baş tuturdu[1].

Tivat hava limanı Monteneqronun Adriatik dənizi sahilində yerləşir. Hava limanından Belqrada və Moskvaya mütəmadi reyslər təşkil edilir. Digər reyslər isə mövsümü xarakter daşıyır. Çarter reysləri əsasən Adriatik dənizinin turistik obyektlərinə gəlişi təmin edir. Bu əsasən Kotor (hava limanından 7 km) və Budva şəhərlərinə (20 km məsafədə) yaxınlığı baxımından turistlər üçün əlverişlidir.

Tivat hava limanı Kotor körfəzi yaxınlığındadır və 2500 metr uzunluğa malikdir. Bir saat ərzində aeroport 6 uçuşu qəbul edə bilir.

Aviaşirkətlər və reyslər

[redaktə | mənbəni redaktə et]

Aşağıdakı havayolları Tivat hava limanına uçuşlar təşkil edir (2014-cü ilin iyun ayına alan məlumatlar):

  1. "История аэропорта Тиват". // Аэропорт Тиват. 03.11.2016. 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
  2. "Montenegro Airlines". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.