Tizdar dağı

TizdarKrasnodar diyarında, Azov dənizi sahilində yerləşən dağ. Dəniz səviyyəsindən hündürlüyü 74,7 metr (1979-cu ilin məlumatı) olan dağ Temryuk rayonunun Za Rodinu qəsəbəsindən 1,5 km şimal-qərbdə yerləşir. Dağ Golubitskaya silsiləsinin ən yüksək zirvəsidir. Bölgə sönmüş palçıq vulkanların olduğu ərazi kimi diqqəti cəlb edir.[1]

Tizdar
rus. Тиздар
Ümumi məlumatlar
Mütləq hündürlüyü 74,7 m
Yerləşməsi
45°21′35″ şm. e. 37°05′05″ ş. u.
Ölkə  Rusiya
Tizdar xəritədə
Tizdar
Tizdar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

A.V.Tverdıy dağın adını türk mənşəli hesab edir. Ehtimal ki, ad çoxlu dərələr, uçurumlar mənasını verir. Bu da ərazinin relyefinə uyğundur. Ölkəşünas V.A.Valiyeva görə də söz türk mənşəli olub «rəhbər, başçı» deməkdir. Ümumən dağın əlavə iki adı da var: Sinaya Balka və Azov sopkası.[2] Niyə Azov deyil, Tizdar vulkanı? 2011 -ci ildə Federal Tibbi və Bioloji Agentliyinin Pyatigorsk Dövlət Tədqiqat Balneologiya İnstitutunun və Pyatigorsk Dövlət Balneologiya Tədqiqat İnstitutunun nümayəndələri vulkan palçığından analizi üçün nümunələr götürdülər. Daha sonra sahənin Tizdar adlandırıldığı bir balneoloji nəticə yazıldı və o vaxtdan etibarən "Tizdar" adı vulkana verildi.[2]

Tizdar palçıq vulkanı

[redaktə | mənbəni redaktə et]

Dağdan bir az aralı, Mavi Tirə ərazisində fəaliyyətdə olan palçıq vulkanı var. Onun ilkin adı — Azov sopkasıdı (təpə). Azov sopkası 1919-cu ildə partlayışla olan püskürmədən sonra öz konusundan məhrum oldu.[1].Bundan sonra o daha çox Tizdar və ya Mavi Balka (tirə) adı ilə tanınır. Bölgə balneoloji (palçıq) kurortu kimi məhşurdur. Vulkan palçığının əsas 4 istiqamətli təsir mexanizmi var: termik, kimyəvi, mexaniki, adsorbiya edici.[2] Balenoloji mərkəzdə həm də şərab vannaları da mövcuddur.[2]

Paleontoloji tapıntılar

[redaktə | mənbəni redaktə et]

Tizdar dağının sahil bölgəsində, Mavi Balkadan 200 metr şərqdə qədim yaşayış məskəni Kermak mövcuddur. Kermak alt paleolitə aiddir. Ərazidə «Tizdar1» ( MQR11) və «Tizdar 2» ( MQR10) palentoloji qazintı zonası var. Hər iki zona olduvay mədəniyyətinə qədər ki zamana aiddir. Ümumən ərazidə Psekups fauna kompleksi üstünlük təşkil etmişdi[3].

  1. 1 2 "Грязевой вулкан Тиздар". Tizdar resort & spa. 2019-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-21.
  2. 1 2 3 4 "Грязевой вулкан «ТИЗДАР»". 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.
  3. Тесаков А. С., Вангейм Э. А., Певзнер М. А. Находки древнейших некорнезубых полёвок Allophaiomys и Prolagurus на территории Восточной Европы // Докл. Акад. наук. 1999. Т. 366, № 1. — С. 93—94.