Tiziano Ferro

Tiziano Ferro — məşhur italyan müğənni, prodüser və köhnə radio proqramçısə. Tiziano Ferro, Lazio bölgəsinin cənub-qərbindəki Latina şəhərində 21 fevral 1979-cu ildə anadan olub. Tiziano Ferro ailəsi aslen Venesiya ailəsidir. Tiziano Ferro ilk və orta təhsilini Latinada tamamladı. Tiziano Ferro, lisenziya təhsilini isə Roma La Sapienza Universitetindəki rabitə və mühəndislik fakültələrində tamamlamışdır. Tiziano Ferro, 1996-cı ildə hələ on yeddi yaşında Latinadaki kilsə korolarına qatılaraq musiqi həyatına başlamışdır. Tiziano Ferro, 19972000 illəri arasında İtalyan hip-hop sənətçilərinə back-vocalistlik etdi. 1999-cu ildə Tiziano Ferro, Latinanın yerli radio stansiyasında radio proqramçı kimi xidmət etmişdir. Tiziano Ferro, 2000-ci ildə İtalyan hip-hop sanatçılarına back-vocalistlik etməyi buraxdı. 2000-ci il noyabr ayından etibarən, Tiziano Ferro pop musiqi janrında musiqi edir. 2001-ci ilin mayında Tiziano Ferro ilk fərdi "Perdono" nı buraxdı. Tiziano Ferronun 2001 Mayında yayımladığı bu mahnı, İtaliya, Türkiyə və bir çox Avropa ölkəsində böyük bir bəyənmə qazandı. Tiziano Ferro, 2001-ci il "Perdono" mahnısı sayəsində, İyun 2001-ci ildə Avropa Musiqi Komissiyası tərəfindən 2000-lər Avropasının ilk keyfiyyətli pop musiqiçisi olaraq elan edildi. Ancaq bu müvəffəqiyyət, "Rosso relativo", "Imbranato", "Perverso" və "Ti Voglio Bene" mahnılarının da güc qazanması sayəsində böyük bir güc qazandı. 2005-ci ildə isə Tiziano Ferro, Avropa Musiqi Komissiyası tərəfindən Yunanlı məsləkdaşı Helena Paparizou ilə birlikdə 2000-lər Avropasının post müasir dövr keyfiyyətli pop müğənnilərindən biri olaraq seçilmişdir. Hərçənd o illərdə, Tiziano Ferronun Rum həmkarı Helena Paparizou da, Eurovision Mahnı Yarışmasında çempionluq əldə etmişdi. Tiziano Ferro, 2001-ci il müvəffəqiyyətindən sonra da, İtaliyada və Avropa səviyyəsində böyük uğurlar əldə etməyə davam etməkdədir. 2006-cı ildən Tiziano Ferro Kaliforniya, Milan və Londonda yaşayır. Tiziano Ferro 2010-cu ildən bəri homoseksual olmuşdur.

Tiziano Ferro
it. Tiziano Ferro
Ümumi məlumatlar
Doğum tarixi (44 yaş)
Doğum yeri Latina, İtaliya
Vətəndaşlığı
Milliyyəti İtaliya İtaliya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, prodüser, radio proqramçı
Fəaliyyət illəri 1997-indiyədək
Janrlar pop musiqisi, hip-hop[1][2], pop-rok[3][4][…], soul[5][6], R&B[7][8], latın-pop[d], müasir R&B[d][9], mavi göz soul[d]
Musiqi aləti Səda
Səs tembri bariton
Albom şirkəti Universal Music Italia
tizianoferro.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Albomları[redaktə | mənbəni redaktə et]

  • 2001-Rosso Relativo,
  • 2003-111 Centoundici
  • 2006-Nessuno é solo,
  • 2009-Alla Mia Eta
  • 2011-LAmore é Una Cosa Semplice
  • 2014-The Best of TZN,
  • 2016-Il Mestiere della Vita,
  • 2020-Accetto Miracoli.

İstinadlar[redaktə | mənbəni redaktə et]