Təbii halda Yaponiyada geniş yayılmışdır.
Tobira pittosporumu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Tobira pittosporumu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, tərs yumurtavari, uc tərəfdən enli-dairəvi, qaidəsinə doğru daralmış, dərivari, çılpaqdır, kənarları daxilə əyilmiş, dalğalıdır. Yarpaqları qısa saplaq üzərində yerləşir, üst tərəfdən parlaq yaşıl, alt tərəfdən ağımtıl-yaşıl rəngdə olub, sıx halda cavan budaqların uclarına toplanmışdır. May ayının ikinci yarısında çiçəkləyir, 8-9 mm diametri olan ağ rəngli, ətirli çiçəkləri budaqların uclarındakı qalxancıqlarda yerləşmişdir. Ləçəkləri ətlidir. Meyvəsi qutucuq, budaqlı, sıx tüklü, 4 oxlu olub, 12 mm uzunluqdadır. Abşeron şəraitində kütləvi çiçəkləyir və toxum əmələ gətirir. Toxumlarla və yarımoduncaqlaşmış zoğlardan götürülmüş qələm vasitəsi ilə çoxaldılır.
Yay dövründə 16-180C temperaturda qumdan hazırlanmış substratda yaxşı kök atır. Rütubətli və yarımkölgəli yerləri sevir. Şaxtada (-7-90C) cavan zoğları donur. Torpağa tələbkar deyildir. Əhəngli və eləcə də şoran torpaqlarda normal böyüyüb inkişaf edir. İşıqlı sahələrdə yaxşı bitir, lakin cavan yaşlarında düz düşən günəş şüalarından kölgələnməlidir.
Bakının yaşıllıqlarında təsadüf edilir.
Ballı bitkidir. İl ərzində, xüsusilə yayda çox dekorativ görünür.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov