Todd Hovard (dizayner)

Todd Hovard (ing. Todd Howard; 6 oktyabr 1970[1], Louer Makunqi Taunşip[d], Pensilvaniya[2]) — ABŞ videooyun dizayneri, rejissoru və prodüseri. O hal-hazırda "Bethesda Game Studios"un baş direktoru və icraçı prodüseridir. Hovard burada "Fallout 3", "Fallout 4" və "Elder Scrolls" oyunları üzərində işləmişdir. GamePro jurnalı Hovardı son 20 il ərzində "Videooyunçuluğun ən təsirli 20 adamı"ndan biri adlandırmışdır.[3] Hovard IGN tərəfindən "Bütün vaxtların ən yaxşı oyun yaradıcıları" siyahısına əlavə edilmişdir.[4]

Todd Hovard
ing. Todd Howard
2010-cu ildə Hovard
2010-cu ildə Hovard
Doğum tarixi 6 oktyabr 1970(1970-10-06)[1] (54 yaş)
Doğum yeri
Milliyyəti Amerikalı
Təhsili
Fəaliyyəti video oyun rejissoru[d], video oyun prodüseri[d], informatik, aparıcı, video oyun dizayneri[d]
Fəaliyyət illəri 1994-cü ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Todd Hovard 25 aprel 1971-ci ildə Pensilvaniya ştatının Louer Makunqi Taunşipində anadan olmuşdur.[5] Hovardda uşaq vaxtlarında kompüterlərə, xüsusilə videooyunlarına böyük maraq yaranmışdı.[6] Hovard WizardryUltima III: Exodus oyunlarını gələcəkdə yaratdığı oyunların ilham mənbəyi hesab edir.[6] Todd 1989-cu ildə Emmaus Orta Məktəbindən məzun olmuşdur. 1993-cü ildə o Uilyamsburq, Virciniyadakı Uilyam və Meri Kollecindən məzun olmuşdur.[6]

Wayne Gretzky Hockey oynadıqdan sonra Hovard "Bethesda Softworks" şirkətində işləmək üçün şirkətin ofisinə getdi, ancaq hələ də məktəbdə təhsil aldığından bu təklifi rədd edilmişdir. Məktəbi bitirdikdən sonra yenə Bethesda ofisinə işləmək üçün getdi, ancaq yenə rədd edildi.[6]

Hovard "Bethesda Softworks" şirkətinə 1994-cü ildə qoşulmuşdur. "Bethesda Softworks" üçün diqqətəlayiq ilk işi "Terminator: Future Shock", "Skynet", daha sonra "The Elder Scrolls II: Daggerfall" oyununun prodüseri və dizayneri olmaq idi. Hovard "The Elder Scrolls Adventures: Redguard" videooyununun layihə rəhbəri və dizayneri idi. Hovard "The Elder Scrolls III: Morrowind" videooyununun və genişləndirmə paketlərinin layihə rəhbəri və dizayneri idi. Hovard "The Elder Scrolls IV: Oblivion" və onun bütün endirilə bilən məzmunlarının hazırlanmasına rəhbərlik etmişdir. Bundan sonra, Hovard "Fallout 3"-ün baş direktoru və icraçı prodüseri olmuşdur.[7][8][9]

Hovard The Elder Scrolls seriyasına "The Elder Scrolls V: Skyrim" videooyuna rəhbərlik edərək geri qayıtmışdır. Hovard "Fallout 4"-ə rəhbərlik etmişdir.[10][11] Hovard "Bethesda Game Studios"un ilk mobil oyunu olan "Fallout Shelter"a rəhbərlik etmişdir.[12] Hovard "Bethesda Game Studios"un ilk çoxnəfərli oyunu olan "Fallout 76"-ya rəhbərlik etmişdir.[13]

Mükafatlar və tanınması

[redaktə | mənbəni redaktə et]

Hovard 2012-ci ildə İnteraktiv İncəsənətlər və Elmlər Akademiyası tərəfindən "Ən yaxşı videooyun direktoru" adlandırılmışdır. Hovard 2014-cü ildə Almaniyanın videooyunçuluq üçün olan ən ali mükafatı, Şəfər Larası mükafatına layiq görülmüşdür.[14]

  1. 1 2 IMDb (ing.). 1990.
  2. 1 2 https://www.mcall.com/news/mc-xpm-2008-10-28-4228633-story.html.
  3. "Around the Web: Interviews edition | Bethesda Blog". Bethblog.com. 7 may 2009. 4 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2013.
  4. "IGN - Top 100 Game Creators of All Time". IGN. 17 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2013.
  5. Musgrove, Mike. "Out of the Dark and Into the Spotlight". The Washington Post. Washington Post Company. 2005-08-15. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-05.
  6. 1 2 3 4 Henson, Ben. "Road To Skyrim: The Todd Howard Interview". 13 yanvar 2011. 2014-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2014.
  7. Remo, Chris. "Falling Into Fallout 3: Director Todd Howard Talks Scope And Evolution". Gamasutra. 13 oktyabr 2008. 2015-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2015.
  8. "Fallout 3 Q&A - E3 Thoughts And More". GameSpot. 2 avqust 2007. 2014-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyun 2015.
  9. Hovard, Todd. "The RPG for the Next Generation". 24 yanvar 2010 tarixində arxivləşdirilib.
  10. Hüseyn, Tamur. "Fallout 4 Officially Confirmed for PC, Xbox One, PS4". GameSpot. 3 iyun 2015. 2015-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2015.
  11. "Fallout 4 -- E3 Showcase World Premiere". Bethesda Softworks. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 15 iyun 2014.
  12. "Move over, Candy Crush, Fallout Shelter catapults to #1 app in iTunes Charts". Phone Arena. Archived from the original on 2021-10-21. İstifadə tarixi: 23 iyun 2014.
  13. Şeridan, Konnor. "Fallout 76's Todd Howard says it's built to be supported "on a month-to-month and week-to-week basis"". GamesRadar+. 2 oktyabr 2018. 4 oktyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2018.
  14. "Bethesda Blog - LARA to Honor Todd Howard". Bethesda Blog. Archived from the original on 21 November 2018. İstifadə tarixi: 12 may 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]