Tofiq İsmayılov (20 Yanvar şəhidi)

Tofiq İsmayılov (tam adı: İsmayılov Tofiq Babaxan oğlu; 5 yanvar 1956, Bakı20 yanvar 1990) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

Tofiq İsmayılov
İsmayılov Tofiq Babaxan oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (34 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Qara Yanvar şəhidi

Həyatı[redaktə | mənbəni redaktə et]

Tofiq İsmayılov 1956-cı ilin 5 yanvar tarixində Bakı şəhərində anadan olub. Nəsimi rayon Kommunal təsərrüfat idarəsinin istilik şəbəkəsində ocaqçı işləyib. Hadisədən sonra iki övladı yadigar qalıb. 19 yanvardan 20 yanvara keçən gecə atışma səsləri eşidilməyə başlayanda qonşuları Sadıqla birlikdə Tbilisi prospektindəki 16 nömrəli binanın qarşısındakı küçəyə çıxmışdır.

Onlar gələndə küçədə çoxlu yaralı və ölən vardı. Tofiq qonşusu ilə başlayıb onlara kömək eləməyə. O, bir neçə təcili yardım maşınını yaralılarla yola salıb. Növbəti maşına yaralı qoyanda arxadan ona güllə dəyib. Onu da Semaşko adına xəstəxanaya aparıblar. Gecə qardaşları Yusif, Zabit və Rəşid nə qədər axtarırlarsa, onu tapa bilmirlər. Səhər meyidi Semaşko adına xəstəxananın ölüxanasından tapırlar. Şəhidlər xiyabanında dəfn edilib.

Ünvan[redaktə | mənbəni redaktə et]

Bu ünvanda yaşamışdır: Bakı, M. Cəlal küçəsi, ev 37, mənzil 24.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.