Tbilisi prospekti — Bakıda prospekt. Moskva prospektindən Bakıxanov küçəsinə kimi uzanır.
Tbilisi prospekti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Şəhər | Bakı |
Rayon | Nəsimi |
Uzunluğu | 2,5 km[1] |
metro | 20 Yanvar |
Bakı Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1963-cü ilin 13 sentyabrında verdiyi qərara əsasən Saray şossesinin adı dəyişdirilib Tbilisi prospekti oldu[2]. Bakı şəhərinin icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 2004-cü il 14 iyun tarixində imzaladığı 125 nömrəli sərəncama əsasən prospektin bir hissəsinin adı dəyişdirilərək Moskva prospekti olmuşdur[2]. 1990-cı ildə yanvarın 20-də sovet ordusunun tankları Tbilisi prospekti ilə irəliliyərək yüzlərlə insanı öldürmüşdürlər. Ölənlərin çoxu 20 yanvar dairəsində həlak olmuşdurlar.
2024-cü ildə avtobuslar üçün nişanlanma və yol nişanlarının quraşdırıldığı xüsusi zolaq yaranıb.[3]
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |