Tofiq Şahsuvarov

Tofiq Surxay oğlu Şahsuvarov — Geologiya-mineralogiya elmləri doktoru, professor.

Tofiq Şahsuvarov
Tofiq Surxay oğlu Şahsuvarov
Doğum tarixi
Doğum yeri Laçın, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Surxay bəy Şahsuvarov
Elm sahəsi geologiya-mineralogiya
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru
İş yeri BDU
Təhsili Azərbaycan Sənaye İnstitutu

Tofiq Surxay oğlu Şahsuvarov 1929-cu ildə Laçın şəhərində anadan olmuşdur.
1937-ci ildə orta məktəbin birinci sinfinə getmiş, 1948-ci ildə orta məktəbi bitirmişdir.
1948-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olaraq tələbə adını qazanmışdır.
1953-cü ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.
1954-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) əmək fəaliyyətinə başlamışdır.
1954-1957-ci illərdə Tofiq Şahsuvarov mühazirə assistenti kimi çalışmışdır.
1957-ci il namizədlik dissertasiyasının müdafiə etmişdir.
1960-cı il dosent elmi dərəcəsini almışdır.
1967-ci il doktorluq dissertasiyasını müdafiə etmiş "Geologiya-mineralogiya elmləri doktoru" elmi dərəcəsini almışdır
1986-92-ci illə Geoloji-coğrafiya fakültəsinin dekanı vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.
1992-ci ildən 2009-ilə qədər Tofiq Şahsuvarov Bakı Dövlət Universitetinin "Ümumi geologiya kafedra"sının professoru olmuşdur.
2009-cu ildə Bakı şəhərində vəfat etmişdir.

Tofiq Şahsuvarov 1954-cü ildən Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlayır.
"Pirsaat-Hamamdağ antiklinal zonasının geoloji quruluşu. İnkişaf tarixi. Neftlliliyi" mövzusunda namizədlik dissertasiyası, "Azərbaycanın məhsuldar qat hövzəsinin paleocoğrafiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Ümumi geologiya. Geomorfologiya və IV dövr çöküntülərinin geologiyası, Geologiya elmlərinin tarixi və metodologiyası; Geoekologiya və s. kimi dərsləri aparmışdır.
Tofiq Şahsuvarov 68 məqalənin,1 kitabın müəllifidir.
2 elmlər namizədi onun rəhbərliyi altında hazırlanmışdır.
Neft və qaz geologiyası; qeyri-struktur neft və qaz tələləri mövzularında tədqiqatlar aparmışdır.
Tofiq Şahsuvarov aşağıdakı Beynəlxalq Seminar, Simpozium və Konfranslarda iştirak etmişdir.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Kompensasiya profilləri əsasında izopaxit xəritələrinin qurulması metodikası və kəsimlərin bərabər bölünməsinin bəzi məsələləri haqqında. Bakı Universiteti xəbərləri. Təbiət elmləri seriyası, № 3 2003
  2. BDU-nun Geologiya fakültəsi tələbələrinin tədris-çöl məşğələlərində maqnit bucağının oriyentiri və təyin olunması məsələsinə dair Bakı Universiteti xəbərləri, Təbiət elmləri seriyası, № 3, 2004.
  3. Fasiya və formasiya təlimi haqqında Bakı Universiteti xəbərləri. Təbiət elmləri seriyası,№ 3, 2005.
  4. Kiçik Qafqazın şimal-şərq yamacında mexaniki denudasiyanın və denudasiya kəsiminin təqribi qiymətləri barədə Bakı Universiteti xəbərləri. Təbiət elmləri seriyası,. № 4, 2006.
  5. Kiçik Qafqazın şimal-şərq yamacında çaqıl-valun çöküntülərinin bəzi parametrlərinin təxmini müəyyənləşdirilmə metodikası haqqında Bakı Universiteti xəbərləri. Təbiət elmləri seriyası,. № 1, 2008.