Əhmədov Tofiq Əli oğlu (10 aprel 1938, Zəngilan rayonu – 8 avqust 1981) — Bakı Zərgərlik Zavodunun Direktoru, SSRİ zərgərlik zavodları şurasının sədri.
Tofiq Əhmədov 10.04.1938 ci ildə Zəngilan (Pirçivan) rayonunda anadan olmuşdur. Orta məktəbi orada bitirib 1955 ci ildə Bakı şəhərində Neft-Kimya (AZİ) institutunda axşam şöbəsində oxuyaraq eyni zamanda Leytinant Şmid zavodunda fəhlə işləmişdir. Təhsili başa vurduqdan sonra Sumqayıt şəhərinə Neft və Kimya Sənayesinin Avtomatlaşdırılması ETİ na təyinatla mühəndis kimi göndərilmiş və pillə-pillə vəzifəsi artaraq 1965 ci ildə Bakı şəhərində Kalinin adına maşınqayırma zavoduna direktor təyin edilmişdir.
1971 ci ildə, Ulu Öndər Heydər Əliyevin zərgər dəqiqliyi və daxili intiusiyası ilə seçdiyi kadrlardan biri də Tofiq Əhmədov idi.1971 ci ildən 1981 ilə kimi(ömrünün sonuna qədər) Bakı Zərgərlik zavodunda direktor işləmişdir.
Fəaliyyətinə verilən qiymətlər içində iki dəfə "Qırmızı Əmək Bayrağı"ordeni,"cihazqayırma,, əlaçısı"nişanı və digər medal və nişanlarla təltif edilməsi,SSRİ zərgərlik zavodları şurasının sədri (respublikaların sayına uyğun 14 zavod) təyin edilməsi,bir neçə çağırış Bakı Şəhər Sovetinə deputat seçilməsi nəzərə çarpır.
Zərgərlik fabrikinin böyük zavoda çevrilməsi, Avropa ölkələrindən olan İtalya ilə əməkdaşlıq H. Əliyevin köməyi və T. Əhmədovun əməyi nəticəsində mümkün olmuşdur.
T. Əhmədov 8.08.1981 ci ildə qısa sürən xəstəlik nəticəsində (kəskin qara ciyər-böyrək çatışmamazlığı) dünyasını xəstəxanada dəyişmişdir.
Həyat yoldaşı Gülarə xanım, üç qız övladı və nəvələri var.