Tofiq Hüseyn oğlu Axundov (rus. Тофик Гусейнович Ахундов; 28 noyabr 1941, Bakı) — Azərbaycan əsilli rusiyalı sirk artisti və heyvan təlimçisi. Rusiyanın və Azərbaycan SSR xalq artisti.[1]
Tofiq Axundov | |
---|---|
rus. Тофик Ахундов | |
Doğum tarixi | 28 noyabr 1941 (82 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | incəsənət xadimi, sirk artisti[d], heyvan təlimçisi[d] |
Mükafatları |
![]() ![]() ![]() |
Tofiq Axundov 28 noyabr 1941-ci ildə[2] Bakı şəhərində rəssam və aktyor Hüseyn Axundovun ailəsində anadan olub.[3]
1965-ci ildə Dövlət Sirk və Estrada Sənəti Məktəbini bitirib. Elə həmin ildən də "Rosqossirk"də işləməyə başlayıb.[4] O, həyat yoldaşı Lyudmila Axundova ilə birlikdə "Rəqs edən begemotlar" proqramı ilə dünyanın 30-dan artıq ölkəsində çıxış edib. 2011-ci ilin martında Bakı Dövlət Sirkinin dəvəti ilə Tofiq Axundov Bakıda da konsert proqramı ilə çıxış edib.[3]