Tofiq Heydər oğlu Bəktaşi (1912, Culfa rayonu) — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri namizədi, professor.
Tofiq Bəktaşi | |
---|---|
Doğum tarixi | 1912 |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | mexanika |
Elmi dərəcəsi |
|
Elmi adı | |
Alma-mater | ADPU-nun Fizika-riyaziyyat fakültəsi |
Tofiq Bəktaşi 1912-ci ildə Culfa şəhərində anadan olmuşdur. Naxçıvan Pedaqoji Texnikumunu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1933–1954-cü illərdə Naxçıvan şəhər orta məktəblərində, ikillik Müəllimlər İnstitutunda dərs demişdir. 1962-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
1954–1962-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri mexanika kafedrasında baş müəllim, 1962–1980-ci illərdə həmin kafedranın dosenti olmuşdur. 1980-ci ildə professor elmi adını almışdır.[1]
Elmi fəaliyyəti: diferensial tənliklər nəzəriyyəsi.