Tofiq Babayev (alim)

Tofiq Əli İkram Oğlu Babayev (26 avqust 1946, Bakı) — Regional Innovativ Texnologiyalar Akademiyasının (R.İ.T.A.) direktoru [1], Avropa Birliyinin HORİZON2020 Elmi Tədqiqat və İnnovasiya proqramının Azərbaycanda Hüquqi və Maliyyə aspektləri üzrə Milli əlaqələndirici şəxs, texniki elmlər namizədi.[2]

Tofiq Babayev
Tofiq Əli İkram Oğlu Babayev
Doğum tarixi (78 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elmi dərəcəsi Texniki elmlər namizədi
İş yeri AMEA İdarəetmə Sistemləri İnstitutu
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
www.rita.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Babayev Tofiq Əli İkram Oğlu 1946-cı ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub.

  • 1964-cü ildə 190 nömrəli orta məktəbi qızıl medalla bitirib və həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub. 1969-cu ildə İnstitutu bitirib.
  • 1969-1972-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi işləyib.
  • 1972-ci ildən 1974-cü ilə kimi “İnformatika” Elm-İstehsalat Birliyində mühəndis, şöbə müdiri;
  • 1974-1977 illərdə Moskva İdarəetmə Sistemləri Elmi-tədqiqat institutunun Bakı bölməsinin rəhbəri vəzifəsində çalışıb.
  • 1977-1987-ci illər ərzində “İnformatika” Elm-İstehsalat Birliyində laboratoriya müdiri, Kompüter Mərkəzinin müdiri, Baş mühəndisin müavini vəzifəsində çalışıb.
  • 1988-ci ildə Ukraynanın Kiyev şəhərində “Mərkəzləşdirilmiş Kompleks xidmətlərin göstərilməsi və hesablama texnikası vasitələrinin istifadəsi mərkəzlərinin yerləşdirilməsi məsələlərinin metodları və alqoritmlərinin işlənmib hazırlanması” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.
  • 1987-ci ildə T.Babayev “İnformatika” Elm-İstehsalat Birliyində yeni yaradılmış Bakı Elmi Tədris Mərkəzinin (BETM) direktoru vəzifəsinə təyin edilmişdir və 2007-ci ilə kimi BETM-in, 2007-2009-cu illər BETM-in əsasında yaradılmış İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin (BBTM) direktoru olmuşdur.
  • Eyni zamanda 1990-1993-cü illərdə T.Babayev Azərbaycanda ilk rəsmi İnternet provayderi olan AZERİNKOM Rusiya-Azərbaycan birgə müəssisəsinin (Bakı-Gürcüstan–Çeçenistan ərazisindən keçməklə 64kb –lik ayrılmış xətlə X25 protokolu ilə internet bağlantısı) direktoru olmuşdur.
  • BETM-ə başçılıq etdiyi illər ərzində Tofig Babayev Azərbaycanda UNESCO və UNDP tərəfindən maliyyələşdirilən ilk İKT layihəsinin –BETM-in bazasında “Kompüter texnologiyaları və tədris mərkəzinin gücləndirilməsi” (1995-1997) layihəsinin, sonra isə “Sumqayıt Tədris və İnformasiya Kommunikasiya Texnologiyaları Kompüter Mərkəzinin yaradılması” (1996-1999), “Naxçıvan Tədris və Biznes İnformasiya Kompüter Mərkəzinin yaradılması” (1998-2000) layihələri daxil olmaqla 10 layihənin milli koordinatoru olmuşdur.
  • UNESCO və Koreya Respublikasının iştirakı ilə həyata keçirilən E-Trade (Elektron ticarət, 2006-2007) layihəsi çərçivəsində Bakıda Elektron-ticarət Mərkəzi yaradılmış və T.Babayev Mərkəzin direktoru təyin edilmişdi.
  • 7 mart 2017-ci il tarixində Kiyev şəhərində AK-nın Şərqli Tərəfdaşlıq programı çərçivəsində Rəqəmsal Bazarın uyğunlaşdırılması (HDM) layihəsinin e-trade, e-logistics və Digital Transport Corridor istiqamətlərinə həsr edilmiş iclas keçirilmişdir. İclasda İSİ-nin XƏİŞ-nin müdiri T. Babayev E-trade, E-logistics və Digital Transport Corridor istiqamətləri üzrə sorğu keçirmək üçün AK-nın müqaviləsi əsasında Azərbaycan üzrə ekspert seçilmişdir.
  • Hazırda AMEA İdarəetmə Sistemləri İnstitutunda 5 saylı “Xarici əlaqələr və innovasiya şöbəsi”nin müdiri vəzifəsində çalışır.

Elmi fəaliyyəti və əsas nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

1990-1993-cü illərdə T.Babayev Azərbaycanda ilk rəsmi İnternet provayderi olan AZERİNKOM Rusiya-Azərbaycan birgə müəssisəsinin (Bakı-Gürcüstan –Çeçenistan ərazisindən keçməklə 64kb –lik ayrılmış xətlə X25 protokolu ilə internet bağlantısı) direktoru olmuşdur. BETM-ə başçılıq etdiyi illər ərzində Tofig Babayev Azərbaycanda UNESCO və UNDP tərəfindən maliyyələşdirilən ilk İKT layihəsinin –BETM-in bazasında "Kompüter texnologiyaları və tədris mərkəzinin gücləndirilməsi” (1995-1997) layihəsinin, sonra isə "Sumqayıt Tədris və İnformasiya Kommunikasiya Texnologiyaları Kompüter Mərkəzinin yaradılması” (1996-1999), "Naxçıvan Tədris və Biznes İnformasiya Kompüter Mərkəzinin yaradılması” (1998-2000) layihələri daxil olmaqla 10 layihənin milli koordinatoru olmuşdur. UNESCO və Koreya Respublikasının iştirakı ilə həyata keçirilən E-Trade (Elektron ticarət, 2006-2007) layihəsi çərçivəsində Bakıda Elektron-ticarət Mərkəzi yaradılmış və T.Babayev Mərkəzin direktoru təyin edilmişdi.

UNESCO/UNDP –nin dəstəyi ilə 10-dan artıq beynəlxalq konfrans təşkil etmişdir. O cümlədən, 2001-2009-cü illlər ərzində mədəni irsin qorunub saxlanmasında rəqəmli texnologiyaların tətbiqinə dair “Digital Silk Roads” (Rəqəmli İpək Yolu, 2001) konfransı, ADTACARA (İncəsənət əsərlərinin bərpası və qorunmasıda rəqəmli texnologiyaların tətbiqi, 2002) konfransı, RADİT (Rəqəmli təsvir texnologiyaları akademiyasının yaradılması, 2003-2005) layihəsi çərçivəsində tədris, ACADEMİAT (Qabaqçıl rəqəmli texnologiyalar) layihəsi çərçivəsində BETM-in Fransanın Lion şəhərində təşkil etdiyi tədris (2004), Bakıda PICASOR (Qədim xalçaların qorunmasında rəqəmli texnologiyaların tətbiqi, 2004), "Online Educational Content Development Using the Power of ICT” (İKT-dən istifadə etməklə onlayn kontentin hazırlanması, 2009) layihələri çərçivəsində konfranslar təşkil edilmişdir.

Bundan əlavə bir sıra beynəlxalq Forumlar: E-Trade layihəsi çərçivəsində Bakıda Azərbaycan-Cənubi Koreya Forumu, 21-27 İyul 2007-ci il tarixlərində Seulda Azərbaycan-Cənubi Koreya Biznes Forumu, Pekində Azərbaycan-Çin Biznes Forumu, 2009-cu ildə “High-Technology Exchanges” adlı Azərbaycan-Cənubi Koreya Forumu təşkil edilmişdi.

Cənubi Koreya ilə Azərbaycan alimləri və iş adamları arasında əməkdaşlığın dəstəklənməsi və inkişafı sahəsində uğurlu fəaliyyətinin nəticəsi olaraq T.Babayev 2007-2008-ci illərdə Koreyanın Digital Opportunities Forum (Rəqəmli İmkanlar Forumu) tərəfindən Forumun İnformasiya Texnologiyaları üzrə səfiri seçilmişdi.

2009-cu ildə Tofiq Babayev Cənubi Koreyanın universitetlərindən olan KAISTinTələbə Qəbulu üzrə Beynəlxalq nümayəndəsi təyin edilmiş, 2007-2009-cu illərdə Azərbaycanın 1-ci kurs tələbələri arasında seçim aparılmasını təşkil etmiş, bu illər ərzində onun təşkilatçılığı ilə KAİST-in maliyyə dəstəyi hesabına 10 tələbə 4 illik bakalavr səviyyəsində təhsil almaq üçün Koreyaya göndərilmişdi.

Babayevin təşəbbüsü ilə Ağdaş, Şəki, Ucar, Göyçay, Ağsu, Kürdəmir, Salyan daxil olmaqla Azərbaycanın 14 bölgəsində İnformasiya Texnologiyaları tədrisi Mərkəzləri yaradılmışdı. Bölgələrdə Kompüter Mərkəzlərinin yaradılması təcrübəsini nəzərə alaraq T.Babayev 2001-2003-cü illərdə NICTS (Milli İKT Strategiyasının hazırlanması) layihəsi çərçivəsində Azərbaycan rayonlarında Regional İnformasiya mərkəzlərinin yaradılması qrupunun rəhbəri təyin edildi.

2001-ci ildə Bakı Elmi Tədris Mərkəzində Cənubi Qafqazda ilk CISCO Regional Akademiyasi yaradılmış, CCNA şəbəkə administratoru kursları təşkil edilmişdi, 2001-2005-ci illərdə Ukrayna, Moldova, Gürcüstan, Türkmənistan, Tacikistan, Qazaxıstan və digər MDB ölkələrinin, eləcə də Şimali Koreya mütəxəssislərinin tədrisi aparılırdı.

BETM-də 2003-cü ildə Cənubi Qafqazda ilk MS STEC – Microsoft Certified Technical Engeenirig Centre fəaliyyətə başladı və Azərbaycan və MDB ölkələri mütəxəssislərinin hazırlığı aparılırdı. 2005-2006-cı illərdə BETM-də 400-ə kimi orta məktəb informatika müəllimlərinin hazırlığı təşkil edilmişdir. Hazırlıq keçən tələbələr rəsmi qeydiyyatdan keçmiş PROMETRIC Test Mərkəzində və ECDL (The European Computer Driving License) Test Mərkəzində on-line imtahan verərək beynəlxalq səviyyəli sertifikat almaq imkanı əldə edirdi.

2004-2005-ci illərdə “Yaşlıların təhsili” sahəsində IIZ/DVV (Alman Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu) ilə birgə layihələr həyata keçirilmiş, BETM-in təsis etdiyi 14 regional mərkəzdə İnformasiya Texnologiyaları kursları, “Sahibkarlıq və idarəetmə”, “Layihələrin idarə olunması” və digər mövzularda tədrislər keçirilmiş, sahibkarlar üçün vəsaitlər hazırlanmış, konsaltinq xidmətləri təşkil edilmişdi.

2004-cü ildə BETM-in nəzdində Biznes Tədris Mərkəzi (BTM) yaradılmışdı. BTM-in, Bakıda və Azərbaycanın regionlarında yaradılmış 6 filialında əsas fəaliyyəti sahibkarların biznesə başlamaq və onu idarə etməklə əlaqədar məlumatlandırılması, konsaltinq xidmətlərinin göstərilməsi və marketinq, reklam, layihələrin idarə edilməsi və s. mövzularda təlimlərin keçirilməsindən ibarət idi.

2006-2008-cı illərdə Tofiq Babayevin rəhbərliyi altında Rusiyanın МЦФЭР- İqtisadi Maliyyə İnkişaf Beynəlxalq Mərkəzinin və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə nəşr edilən “Sahibkarlıq” və “Əmək və Qanun” jurnallarının baş redaktoru olmuşdur.

2008-ci ildə Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi Azərbaycanın iqtisadiyyat sahəsində idarəetmə kadrlarının Almaniyada ixtisasının artırılması təklifi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə müraciət etmişdi. İkitərəfli proqram çərçivəsində Almaniya Federal büdcəsinin vəsaiti hesabına Azərbaycan menecerlərinin ixtisaslaşdırılmış treninq və Alman müəssisələrində təcrübə keçməsi nəzərdə tutulmuşdu. 2009-cu ulin sentyabr ayında artıq 22 nəfərdən ibarət ilk qrup Almaniyaya yola düşdü.

Yerinə yetirilməsi T.Babayevin rəhbərliyi ilə başlayan bu proqram hal-hazırda müvəffəqiyyətlə davam etdirilir .

2009-cu ilin sonundan T.Babayev İqtisadi İnkişaf Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda şöbə müdiri, 2010-cu ildən indiyə kimi AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda ( kecmiş Kibernetika İnstitutunda) Xarici əlaqələr və Innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışır.

Eyni zamanda T.Babayev 2003-cü ildə təsis etdiyi Regional Innovativ Texnologiyalar Akademiyasının (R.İ.T.A.) direktorudur. RİTA-nın əsas məqsədi Azərbaycan alimlərinin Avropa Birliyinin HORİZON2020 və digər Elmi Tədqiqat və İnnovasiya proqramlarında iştirakını təmin etmək üçün məsləhətçi olaraq xidmət göstərməkdir.

1998-2013 illərdə Tofiq Babayev Avropa Birliyinin 5-ci, 6-cı və 7-ci Tədqiqat və İnkişaf Çərçivə Proqramlarının İKT istiqaməti üzrə Milli təmsilçi (NCP - National Contact Point) olmüş, 12 Avropa layihəsində Azərbaycan üzrə koordinator kimi iştirak etmiş, layihələr çərçivəsində bir sıra beynəlxalq tədbirlər təşkil etmişvdir.

Hazırda Şərqi Avropa alimlərinin Avropa alimləri ilə əməkdaşlığının genişləndirilməsini nəzərdə tutan 2 yeni layihənin yerinə yetirilməsinə Azərbaycanda rəhbərlik edir.

2014-cü ildə AB-nin yeni HORIZON2020 Tədqiqat və İnnovasiya Proqramının başlanması ilə əlaqədar T.Babayev HORIZON2020 -nin iki istiqaməti: ICT və FET istiqamətləri üzrə NCP (Milli Təmsilçi) təyin edilmiş, və təcrübəli ekspert kimi AMEA-nın dəstəyi ilə digər istiqamətlər üzrə NCP-lərin seçilməsində, təyin edilməsində və təlimində iştirak edir.

2009-2016 illərdə İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində Moldovada (Kişinyov, 2009, 2016), Polşada (Varşava, 2012), Litvada (Vilnyus, 2013), İtaliyada (Florensiya, 2014), Gürcüstanda (Tiflis, 2011, 2015), Belarusiyada (Minsk, 2014,2015) , Ukrayna ( Kiyev 2013, 2014, 2016)

Portuqaliyada (Lissabon, 2015), Yunanıstanın Afina və Saloniki şəhərlərində və s. keçirilən beynəlxalq konfrans və forumlarda Azərbaycan alimlərinin iştirakını təşkil etmişdir. 2017-2019-cu illər AK-nın Şərqli Tərəfdaşlıq programı çərçivəsində Rəqəmsal Bazarın uyğunlaşdırılması (HDM) layihəsinin e-trade, e-logistics və Digital Transport Corridor çərçəvəsində EU4 Digital eksperti kimi DESİ, DTS sorğularını keçirib.

T.Babayev 49 elmi əsərin, 2 kitabın, 1 metodik vəsaitin və İKT sahəsində 3 ixtiranın müəllifidir.

IPMA-nın (Beynəlxalq Layihələrin İdarəedilməsi Assosiasiyasının) Azərbaycan bölməsi olan AZPMA-nın həmtəsisçisi və vitse-prezidenti və UNESCO-nun ACCESS-net (Birgə Səylərdən Davamlı istifadə üçün Kompüter Mərkəzləri Assosiasiyası) təşkilatının vitse-prezidentidir.

  1. T.Aliev; A.A.bbasov; G.Quluyev; F.Pashayev; Babayev T.A.; Noise Technologies and Systems for Minimization of Economic Damage from Destructive Earthquakes in the Countries of Seismically Active Regions; ECO 2013, Intern. Conf. on Energy, Regional Integration, and Socio-Economic Development. Ba-ku,2013, September 5-6;
  2. Babayev T.A.; A.Pashayev; S.Babayeva; Opportunities presented by HORİZON 2020 for researshers of different countries to participate in European research projects; Book of Abstracts 14th İranian Conference on Fuzzy Systems, Tebriz, 19-21 august 2014, p. 29-28;
  3. Babayev T.A.; M.Tatur; M.Zhartybayeva; K.Iskakov; A.Pashayev; E.Sabziev; Multifunctional mobile robot; 5th Intern. Conf. on Control and Optimization with Industrial Applications, Baku, 27-29 August, 2015, p. 432-435;
  4. Т.А.Бабаев; Р.Р.Рзаев; С.Т.Бабаева Автоматизированная информационная система комплексной оценки финансовой устойчивости коммерческих банков; Проблемы управления и информатики, Киев, 2017, №3, с.71-86;
  5. T.Ə.Babayev; Q.A.Quluyev; F.H.Paşayev; M.E.Əliyev; C.M.Cəfərov; Naxçivan Muxtar Respublikası ərazisinin seysmik təhlüksizlik zonasının təyini; Transaction of Azerbaijan National Academy of Sciences, Ser. of Physical-Technical and Mathem. Sciences: Informatics and Control Problems, 2018, vol XXXVIII, №3, p. 84-90;
  6. T.Ə.Babayev; Ü.E.Səttarova; M.E.Əliyev; V.V.Bayramov; P.F.Paşa; Forecastıng of seismıc and technological processes using autoregressive moving average method; Transaction of Azerbaijan National Academy of Sciences, Ser. of Physical-Technical and Mathem. Sciences: Informatics and Control Problems, 2018, vol.XXXVIII, №3, p. 54-63;
  7. T.Aliyev; N.Musayeva; U.Sattrova; N.Rzayeva; T.A.Babayev; Noise control of the beginning of accidents in automatic control systems; Transport Bridge Europe-Asia, Georgian-Poland Scientific-Technical Conference IV, Tbilisi, 2018, pp. 23–33;
  8. T.A.Babayev; S.Babayeva; İ.Rzayeva; Weighted Estimate of Country Risk Using a Fuzzy Method of Maxmin Convolution; Procedia Computer Science 2018;
  9. T.Aliev; N.Rzayeva; U.Sattarova; T.A.Babayev; Spectral noise technology and subsystem for controlling the start and dynamics of the development of the latent period of accidents on drilling rigs; Mechanical Systems and Signal Processing, 2018;
  10. Т.А.Бабаев; Рзаев Р.Р.; Бабаева С.Т. Оценка финансовой устойчивости коммерческих банков Азербайджана с применением нечётких методов многофакторной оценки; Математические машины и системы.
  11. Babayev S.T., Rzayeva İ.R., Babayev T.Ə.; Weighted Estimate of Country Risk Using a Fuzzy Method of Maxmin Convolution; Advances in Intelligent Systems and Computing book series (AISC, vol. 896), Springer Nature Switzerland AG, 2019, pp. 559–567, 13th Intern. Conf. on Theory and Applica-tion of Fuzzy Systems and Soft Computing - ICAFS-2018 SJR 0,53;
  12. Telman ALIEV*, Tofig BABAYEV, Tahir ALIZADA, Narmin RZAYEVA; Possibilities of application of noise technology in railroad operation safety systems in seismically active regions; The Silesian University Of Technology, TRANSPORT PROBLEMS 2019, XI International Scientific Conference, Katowice, Poland, pp. 1–6;
  13. T.Aliyev, T.Babayev, T.Alizade, N.Rzayeva; Control of the beginning of accidents in railroad operation safety systems in seismically active regions using the noise technology; TRANSPORT PROBLEMS, International Scientific Journal, Poland, 0.67, Volume 14 Issue 3, 2019, pp. 155–162;
  14. Telman Aliev, Heybatulla Ahmedov, Tofig Babayev, Tahir Alizada, Elshan Manafov, Nidjat Zohrabov, Ana Mammadova; Using fuzzy set theory and noise analysis technologies to enhance validity and reliability of control of the condition of the running gear of rolling stock; Proceedings of the V Georgian-Polish International Scientific-Technical Conference “Transport Bridge Europe-Asia” 15-18.10.2019, Kutaise, Georgia, 15-17.10.2019, pp. 16–24;
  15. Telman ALIEV, Tofig BABAYEV, Tahir ALIZADA, Narmin RZAYEVA Noise control of the beginning and development dynamics of faults in the rolling stock of the running gear; TRANSPORT PROBLEMS, International Scientific Journal, Poland, 0.67.

Və s.

  1. Babayev T.Ə.; Məmmədzadə A.I.; Bunyadov A.; Əfəndiyev Q. Hesablama texnikasının və eksperimentlərin riyazi əsaslarının elmi-tədqiqatlarda tətbiqi (tədris vəsaiti) «Elm» Nəşriyyatı, Bakı, 1999.
  2. T.Бабаев; Р.Мурсалов; А.Мамедзаде; Г.Эфендиев Применение вычислительной техники и математических теорий экспериментов в научных исследованиях (dərs vəsaiti) Изд-во «ЕЛМ», Баку, 1999.
  3. Babayev T.Ə.; X.Məlikova; S. Babayeva; V.Həsənov HORİZON 2020-də İdeyadan layihənin təqdim edilməsinə doğru; Metodiki tövsiyələr (vəsait), Avropa İttifaqının Elmi Tədqiqat və İnnovasiya Çərçivə Proqramına yeni qoşulanlar üçün tövsiyələr, Gəncə Dövlət Universitetıinin nəşriyyatı, Gəncə, 2018.
  1. "rita.az". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-07.
  2. "isi.az". 2016-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Linkedin[ölü keçid]
  2. Facebook
  3. ideal-ist.eu Arxivləşdirilib 2017-10-30 at the Wayback Machine