Tofiq Heydərov (direktor)

Heydərov Tofiq Ələddin oğlu

Tofiq Heydərov
Tofiq Ələddin oğlu Heydərov
Doğum tarixi (65 yaş)
Doğum yeri Lənkəran rayonu, Azərbaycan SSR
Təhsili Azərbaycan Dövlət İncəsənət İnstitutu
facebook.com/profile.php…

Həyatı[redaktə | mənbəni redaktə et]

Tofiq Ələddin oğlu Heydərov 14 yanvar 1957-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1974-cu ildə Lənkəran rayonun Hirkan qəsəbə orta məktəbinin bitirmiş, 1974-cu ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maarif fakultəsinə daxil olaraq 1977-ci ildə özfaliyyət dram kollektivi rəhbəri ixtisasına yiyələnmişdir. 23 yanvar 1978-ci ildən H.Ərəblinski adına Lənkəran rayon Mədəniyyət Evində metodist, 21 iyul 1979-cu ildən 1 yanvar 1983-cü il tarixə kimi H.Ərəblinski adına Lənkəran rayon Mədəniyyət Evinin direktoru vəzifəsində çalışmışdır.

1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuş və mədəni-maarif işçisi, özfəaliyyət teatr rəhbəri ixtisası üzrə tam kursu başa çatdırmış, 2 noyabr 1984-cü ildən 30 aprel 1987-ci ilə kimi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışmış, müxtəlif tamaşalarda iştirak etmişdir.

14 may 1987-ci ildən 18 sentyabr 1989-cu il tarixinədək Lənkəran Ekskursiya və Səyahətlər Bürosunda metodist vəzifəsində işləmişdir.

20 sentyabr 1989-cu ildən sahibkarlıq fəaliyyətinə bşlamış, “Turist” Kooperativini təsis etmiş və 10 iyun 1990-cı ilədək bu özəl müəssisəyə rəhbərlik etmişdir.

T.Heydərov 1996-ci ildən 2013-cü ilə kimi “Xanbulan Turizm İstirahət Mərkəzi” MMC-nə rəhbərlik etdiyi müddətdə respublika turizm sərgilərində, ölkədə turizm potensialının inkişafı ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak etmiş, vətəndaşlara keyfiyyətli mehmanxana və turizm xidməti göstərmək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Turizm şirkətləri, Lənkəran Turizm informasiya Mərkəzi və Lənkəran Dövlət Dram Teatrı ilə geniş əməkdaşlıq etmişdir.

2014-cu ilin mart ayından Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olunmuşdur. Ötən 7 il müddətində T.Heydərovun biləvasitə rəhbərliyi ilə teatrın truppası bir sıra nüfuzlu beynəlxalq festivallarda Azərbaycanı təmsil etmiş, diplom və mükafatlara layiq görülmüşdür. Yüksək nailiyyətlərinə görə teatr həmçinin “Aparıcı teatr” statusunu almışdır. 10 mart 2016-cı ildə Lənkəran bələdiyyəsinin təsis etdiyi "İlin incəsənət adamı" nominasiyası üzrə diploma layiq görülmüşdür.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]