Tofiq Səməd oğlu Mövləvi (21 dekabr 1938, Naxçıvan) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının Xalq artisti.[1]
Tofiq Mövləvi | |
---|---|
Tofiq Əbdülsəməd oğlu Mövləvi | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Səməd Mövləvi |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1954–indiyədək |
Mükafatları |
Mövləvi Tofiq Səməd oğlu 21 dekabr 1938-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.[2]
Mövləvi Səmədin oğludur.[3]
1954-cü ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında işləyir. Əsas rolları: Heydər ("Qız atası",Ə.Əsgərov), Serqo ("Şeyx Sənan" Hüseyn Cavid), Çərkəz Murad ("Ana", Hüseyn Cavid), Rza bəy ("O olmasın,bu olsun",Üzeyir Hacıbəyov), Müküş ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s.