Tofiq Rəsulov

Tofiq Əli oğlu Rəsulov ( 21 may1930, – 3 may 2012 ) — Fəlsəfə elmləri namizədi, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi

Tofiq Rəsuluv
Rəsulov Tofiq Əli oğlu
Doğum tarixi
Doğum yeri Gədəbəy,Düz Rəsullu
Azərbaycan Azərbaycan
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Bakı,Azərbaycan Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Əli Rəsulov
Anası Bilqeyis Rəsulova
Elm sahəsi Fəlsəfə
Elmi dərəcəsi Fəlsəfə elmləri namizədi
Elmi adı Professor
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2009

Tofiq Əli oğlu Rəsulov 21 may1930-cu ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində Azərbaycanın sayılıb-seçilən, əsl xalq ziyalılarından biri olmuş, ədalətli və xeyirxah dövlət qulluqçusu kimi tanınmış, el ağsaqqalı Əli Rəsulovun ailəsində dünyaya göz açıb. O, çoxuşaqlı ailədə böyüyüb. Iki qardaşı, altı bacısı hamısı ali təhsil alıb. Bir qardaşı və bir bacısı dissertasiya müdafiə edib, elmlər namizədi alimlik adını alb. Uşaqlığı, ilk gəncliyi Gədəbəy, TovuzZəngilan rayonlarında keçib. Tofiq Rəsulov orta təhsilini, əvvəlcə Tovuz rayonunun Puşkin adına orta məktəbində almış, sonra isə atası Əli Rəsulovun, Zəngilan rayon partiya komitəsinə ikinci katib təyin edildiyi üçün, Zəngilan rayonunun Pircivan kəndində davam etdirmiş və 1947-ci ildə həmin kənddə orta məktəbi əla qiymətlərlə bitirmişdir. Elə həmin ildə yüksək balla Azərbaycan Dövlət Universitetinin (indiki BDU ) tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. Azərbaycan Dövlət Universitetində yaxşı oxuması və ictimai fəaliyyəti nəzərə alınmış və 1952-ci ildə universiteti bitirdikdən sonra Gəncə Pedaqoji İnstitutunun fəlsəfə kafedrasına müəllim göndərilmişdir. Bir müddət Gəncə Dövlət Pedaqoji İnstitutunda kabinet müdiri vəzifəsində çalışdıqdan sonra 1954-cü ildə SSRİ EA Fəlsəfə və Hüquq İnstitutunda aspiranturaya daxil olmuş və 1958-ci ildə “XIX əsrin axırlarında pozitiv sosiologiyanın tənqidi” mövzusunda böyük uğurla namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi adını almışdır. Moskvadan qayıtdıqdan sonra Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. Tofiq Rəsulov, 1961-ci ildən Azərbaycan KP MK-da mühazirəçi olmuş, 1961-1962-ci illərdə Azərbaycan Kommunist Partiyasının orqanı olan “Azərbaycan kommunisti” jurnalında redaktor müavini təyin edilmiş və 4 il burada işləmişdir. 1966-1969-cu illərdə Bakı Ali Partiya Məktəbinin fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmış, 1969-cu ilin sentyabrında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mühazirəçilər qrupunun rəhbəri təyin edilmışdir. Respublika “Bilik” cəmiyyəti rəyasət heyətinin üzvü, Bakı Marksizm-Leninizm Universiteti fəlsəfə kafedrasının rəhbəri olmuşdur. 1981-ci ildən Bakı Ali Partiya məktəbində fəlsəfə kafedrasınn müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradıldıqdan sonra akademiyanın “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində ömrünün sonuna kimi çalışmışdır. 1989-cu ildə professor adı verilmişdir.

Tofiq Əli oğlu Rəsulova Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxfi adı almışdır.[1]

Professor T.Ə.Rəsulov 3 may 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Tofiq Rəsulov 3 övlad (1 qız, 2 oğul) atası olub: qızı Sevinc, oğlanları Səbuhi və Rövşən Rəsulovlar. Tofiq Rəsulovun hamısı oğlan olmaqla 5 nəvəsi var.

Tofiq Rəsulovun elmi-tədqiqat fəaliyyəti fəlsəfə tarixi, sosiologiya, insan və cəmiyyət, cəmiyyət quruculuğu prosesində dövlət idarəçiliyinin mənəvi əsasları probleminin işlənməsinə həsr olunmuşdur. O, ümumi həcmi 100 çap vərəqinə yaxın 80-dən artıq məqalə, tədris-metodik vəsait, monoqrafiya və kitabların müəllifi, çoxsaylı əsərlərin elmi redaktoru olub. Professor Tofiq Rəsulov Azərbaycanda pozitivizm fəlsəfəsinin, sosiologiyasının tədqiqi və ümumiyyətlə Qərb fəlsəfəsinin öyrənilməsi sahəsində ilk cığır açan müəlliflərdən biri sayılır. Azərbaycan oxucusunun diqqətini Qərb fəlsəfi ideyalarına doğru istiqamətləndirən Tofiq Əli oğlu Rəsulov olub. Pozitivizmin banisi O.Kont və N.Spenserin yaradıcılığına həsr olunmuş məqalələr onun qələmindən çıxmışdır. Akademiyanın xəbərlərinin 1959-cu il 3-cü sayında “O.Kontun fəlsəfi və sosial görüşləri haqqında” məqaləsi, “XIX əsrin 90-cı illərində V.İ.Lenin tərəfindən pozitivist sosiologiyanın tənqidi” kitabı çapdan çıxıb. Alimin iri həcmli monoqrafiyasında pozitivizmin tarixi formaları və xüsusilə də neopozitivizm məsələləri öz əksini tapmışdır. Haqqında söhbət açdığımız pozitivizm fəlsəfəsi ilə bağlı aktual məsələlər onun «Вопросы философии» jurnalında dərc edilmiş məqalələrdə də yer almışdır. “Вопросы философии” jurnalının 1962-ci il 4-cü sayında bu əsər haqqında çap olunmuş geniş rəyində Moskva Dövlət Universitetinin professoru Q.M.Şestakov yazıb: “Əsərin elmi dəyəri ondan ibarətdir ki, burada indiyədək az tədqiq olunan subyektiv sosiologiyanın Qərbi Avropa pozitivizmi ilə əlaqəsi müəyyənləşdirilir. Lavrov-Mixaylovski təliminin fəlsəfi mənbəyi kimi pozitivizm hərtərəfli təhlil olunur.” Tofiq Rəsulovun həmin kitabı haqqında 1972-ci ildə professor V.Q.Xoros da öz kitabında müsbət rəy söyləmişdir. T.Rəsulov tərəfindən Moskvada çıxan "Voprosı filosofii" jurnalının 1956-cı il 6-cı sayında dərc olunmuş "Pitirim Sorokinin türkiyəli həmfikri" məqaləsi indi də maraq doğurur. Burada İstanbul Universitetinin professoru Nurettin Sazi Kösemihalın "Sosiologiya tarixi" kitabında şərh olunmuş sosioloji cərəyanlar, xüsusilə "İktisadi okul" başlığı altında verilmiş Marksın baxışlarının Qərb sosiologiyasının XX əsrdə görkəmli nəzəriyyəçisi, Rusiya mənşəli Pitirim Sorokinin "Müasir sosioloji cərəyanlar" adlı kitabı ilə səsləşməsi, onunla həmfikir olması işıqlandırılır. O zamanlar üçün türk sosioloqu və professorunun əsərini "Voprosı filosofii" jurnalının oxucularına təqdim etmək xüsusi dəyərləndirilməlidir. Professor Rəsulov Moskva, Kiyev, Leninqrad, Novosibirsk, Tbilisi, Daşkənd və digər şəhərlərdə keçirilən Ümumittifaq, respublika, zona elmi-nəzəri, elmi-praktik konfranslarda, təbliğatçıların toplanışlarında bacarıqlı, təşkilatçı rəhbər partiya işçisi, elmi ictimaiyyət arasında özünəməxsus nüfuzu olan bir filosof alim kimi iştirak etmiş, keçirilən tədbirlərin gündəliyində müzakirə obyekti olan məsələlərlə bağlı elmi-metodik, tədris-metodik məzmunlu çıxışları rəğbətlə qarşılanmışdır. Özünün çoxsaylı broşüra və məqalələrini “Voprosı filosofii”, “Azərbaycan Kommunisti”, ”Təşviqatçı” jurnallarında, “Elm”, ”Azərbaycan” nəşriyyatlarında, “Azərbaycan Ensiklopediyası”nda, respublika qəzetlərində nəşr etdirmək ilə siyasi-ictimai elmlərin inkişafına mənəvi töhfələrini vermişdir. Propfessor T.Rəsulov Azərbaycan KP MK-nın Təbliğat-Təşviqat şöbəsi mühazirəçilər qrupunun rəhbəri olarkən mühazirəçilərə, siyasi məlumatçılara metodik köməklik məqsədilə buraxılan 12 büroşüranın bilavasitə həm redaktoru, həm də müəllifi olmuş, respublikanın görkəmli filosof və tarixçilərindən bir çoxunun ”Azərnəşr” tərəfindən müxtəlif illərdə işıq üzü görən elmi əsərlərinin redaktoru olmuş, həmçinin özünün müsbət rəyini bildirmişdir. O, çoxsaylı namizədlik dissertasiyalarının opponenti, magistr dissertasiyalarının elmi rəhbəri, Bakı Dövlət Universitetində “Fəlsəfə” ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri, Dövlət İdarəçilik Akademiyası nəzdindəki Dissertasiya Şurasının və bir sıra şuraların üzvü kimi kadrların hazırlanmasında yaxından iştirak etməklə öz töhfəsini vermişdir. Başçılıq etdiyi “Fəlsəfə və sosial psixologiya” kafedrasında tədris olunan ayrı-ayrı fənnlər üzrə tədris proqramları, əsas fənnlər üzrə tədris-metodik vəsaitlər çap olunmuşdur. Onun elmi redaktorluğu ilə “Müasir təbiətşünaslığın konsepsiyaları”, “İdarəetmə psixologiyası”, “Fəlsəfə sxemlərdə” dərs vəsaitləri nəşr edilmişdir. Kafedra müdiri kimi tədrisin elmi-metodik təminatı onun diqqət mərkəzindədir. Fəlsəfənin və digər fənlərin tədrisinə kömək məqsədilə metodik vəsaitlərin müəllifi, tərtibçisi və redaktoru kimi yorulmadan çalışmış, səmərəli fəaliyyət göstərmişdir. Onun Moskva İctimai Elmlər Akademiyasının Tədris Metodiki Şöbəsi tərəfindən “Dialektik materializm üzrə tapşırıq və çalışmalar toplusu” nəşr olunmuşdur. Ondan keçmiş İttifaqın bütün Partiya Məktəblərində istifadə edilmişdir. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri, həmçinin professor T.Ə.Rəsulovun müdiri olduğu “Fəlsəfə və sosial psixologiya” kafedrasının professor və müəllim heyəti həmin topludan bir mənbə kimi istifadə edirlər. “Vətəndaşlıq borcu, mənəvi sima”, “Dövlət suverenliyinin möhkəmləndirilməsinin mənəvi problemləri” “Dialektik materializm üzrə tapşırıq və çalışmalar toplusu”, “Karl Marks və ictimai tərəqqi”, «Pitrim Sorokinin türkiyəli həmfikri”, ”Oqyust Kontun fəlsəfi və sosioloji görüşləri“, ”Vətəndaşlıq borcu, mənəvi sima”, ”L.Feyerbax”, ”Fəlsəfi fikrin tarixində insan problemi”, ”İnsanın mahiyyəti və təbiət”, ”Humanizm və milli şüur”, ”İnsan ən yüksək dəyər və tərəqqinin məqsədidir” və s. əsərləri mətbuatda işıq üzü görmüşdür.

  1. Pitrim Solokinin türkiyəli həmfikri ( «Вопросы философии» 1956 №6)
  2. Lenin tərəfindən XIX əsrin 90-cı illərində Rusiyadakı pozitiv sosiologiyanın tənqidi. (Gəncə Pedaqojı İnstitutunun elmi qeydiyyatı 1957 № 5)
  3. Lenin tərəfindən liberal xalqçılarla mübarizədə Marksizim fəlsəfəsinin müdafiəsi, əsaslandırılması və inkşaf etdirilməsi. (Azərbaycan Elmlər Аkademiyasının xəbərləri. İctimai elmlər seriyası 1958 № 3)
  4. Oqust Kontun fəlsəfi və sosiolojı görüşləri haqqında. (Azərbaycan Elmlər Akademiyasının xəbərləri. İctimai elmlər seriyası 1959-cu il)
  5. Elmi ateizmə dair məqalələr. (Azərbaycan kommunisti jurnalı 1959 № 11 “C.Əmədli ilə”)
  6. Kommunist və dini əxlaqın əksiliyi. Elmi ateizm üzrə maqalələr toplusu. ( Bakı “Bilik cəmiyyəti”-nin nəşriyyatı 1960)
  7. Müasir Burjua Sosiologiya və ictimai tərəqqi. (Azərbaycan kommunisti 1960 №
  8. Sosiologiya və cəmiyyət. (Bakı qəzeti 30 may 1960 № 280)
  9. Yeni İnsan Tərbiyyəsi. (”Bilik cəmiyyəti” nəşriyyatı. Bakı 1962- ci il)
  10. İdeolojı iş və yeni insan tərbiyyəsi.(Azərbaycan kommunisti jurnalı 1963 № 5)
  11. Kommunist dünyagörünüşünün formalaşması. (Azərbaycan kommunisti jurnalı 1964)
  12. K.Marks və sosial tərəqqi. K.Marks və müasirlik. (Bakı Az. Nəşriyyat 1968)
  13. XIX əsrin 90-cı illərində V.İ.Lenin tərəfindən pozitiv sosiologiyanın tənqidi.(Azərbaycan Elmlər akademiyasının nəşriyyatı,Bakı 1960-cı il.)
  14. Vətəndaşlıq borcu və əxlaqi sima.(Azərbaycan kommunisti jurnalı 1962 № 7)
  15. Əməkdə möhkəmlənən dostluq. (Azərbaycan kommunisti jurnalı 1963 № 6 M.İmanov həmmüəlif)
  16. Maxizm fəlsəfəsi pozivitizmin inkşafının ikinci tarixi formasıdır.(əlyazma)
  17. V.Leninin fəlsəfi dəftərləri. (Azərbaycan Kommunisti jurnalı 1965 № 10)
  18. Elmi dünyagörünüşünün formalaşmasında ateizm təbliğatının rolu. Bakı 1965
  19. Nüfuz haqqında. (Təşviqatçı jurnalı 1967)
  20. V.Leninin fəlsəfi irsinin müasir burjua fəlsəfəsi ilə mübarizədə əhəmiyyəti. Lenin ideyaları və müasirlik. (Elm nəşriyyatı Bakı 1970)
  21. Leninin liberal xalqşılığın fəlsəfəsinə və sosiologiyasına qarşı mübarizəsi. (Bakı Az.Nəşriyyatı 1970- ci il)
  22. Zəhmətkeşlərin Kommunist tərəfindən sosialist ən-ənələrinin rolu. (“R.Mehiyev həmmüəllif” Azərbaycan kommunisti 1976-cı il № 6
  23. İnkşaf etmiş sosialist konstitusiyası. (Azərbaycan kommunisti jurnalı 1977 № 12)
  24. Sovet adamının mənəvi aləmi. (Azərbaycan kommunisti jurnalı. 1978-ci il № 2 (R.Əhmədov həmmüəllif)
  25. İnkşaf etmiş sosializm cəmiyyətində zəhmətkeşlərin beynəlimçilik tərbiyyəsi. (Sosialist beynəlimçiliyin təcəssümü Bakı 1979)
  26. İntersionalizm ən-ənələrinə sədaqət tərbiyyəsi.(Azərbaycan kommunisti jurnalı 1979 №5)
  27. Rəhbər işçilərin zəhmətkeşlər qarşısında çıxışı. (Azərbaycan kommunisti № 8 1980)
  28. Dahi mütəfəkkir, prolitariatın böyük müəllimi (T.Engelsin anadan olmasının 165 illiyinə həsr olunmuş məqalə 1
  29. Fikir plüralizmi. (Azərbaycan kommunisti 1988 № 11 V. Voronoviçlə həmmüəllif)

Mətbuatda çıxışları

[redaktə | mənbəni redaktə et]
  1. “Azərbaycan” qəzeti, 27 fevral 2007-ci il. “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” elmi konfransında çıxı”Azərbaycan” qəzeti 24.01.2008 #“Qloballaşma dövründə dövlət və cəmiyyət”. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan” qəzetinin bu mövzuda birgə keçirtdiyi “dəyirmi masa”-dakı çıxışı
  2. Xalq qəzeti 04.12.2009“ Azərbaycanda müasir efir məkanı probleminə metodoloji yanaşma (fəlsəfi, siyasi və hüquqi kontekstdə)” kadralararası elmi-metoloji seminarda çıxış.
  3. AzTv-də radioda çıxışı
  4. “Dövlət idarəçiliyi” jurnalı 2004-cü il 4 saylı buraxılışı “Keçid dövründə idarəetmə münasibətlərinin formalaşmasının mənəvi əsasları”
  5. “Dövlət idarəçiliyi”. 2007-ci il, 1 saylı buraxılış. “Transformasiya olunan cəmiyyətin tənzimlənməsinin və dövlət idarəetməsinin informasiya təminatı”.
  6. “Dövlət idarəçiliyi” jurnalı. 2010-cu il, 4 saylı buraxılış “Elmi biliklər demokratik idarəetmənin mənəvi əsaslarının dominant komponenti kimi”.
  7. “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalı, №1, yanvar-mart 2011 “Cəmiyyət və din” mövzusunda keçirilmiş dəyirmi masada T.Rəsulovun “Modernləşən Azərbaycan və din” mövzusunda çıxışı.
  8. “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalı, №1, yanvar-mart 2011 “20 yanvar” faciəsinin iyirminci ildönümünə həsr edilmiş dəyirmi masada T.Rəsulovun “Mütəqillik uğrunda mübarizə xalqın qanuni hüququdur” mövzusunda çıxışı.
  9. “Transformasiya şəraitində Azərbaycanda dövlət idarəçiliyinin və vətəndaş cəmiyyətinin informasiya təminatı” elmi konfransının plenar iclasında məruzə. 2010- cu il, nöm. 1.
  10. 2007-ci il, 1 saylı “Azərbaycan” qəzeti ilə birgə keçirilmiş “ Vətəndaş cəmiyyətinə yol açan ideyalar” mövzusunda 22 fevral 2007-ci ildə keçirilmiş birgə konfransda çıxış.
  11. “Sinergetika: idarəetmə və siyasət” mövzusunda keçirilmiş metodoloji seminarda çıxış. 2007-ci il, nöm. 1.
  12. Respublika qəzetinin 23.10.11 tarixli sayında “Azərbaycan fəlsəfi fikrinin yeni nailiyyəti”

2.https://www.facebook.com/groups/451811495010787/ Gədəbəy Düz Rəsullu feysbuk qrupu

  3.https://www.facebook.com/rashid.haciyev.94?__tn__=%2CdK-R-R&eid=ARCaIL4PQzHq25Hxku2hJDwrmBoBipn9u4SLkwg0cjm6U3ac0toI3LUKnq_iLsND0WexE67GDjvG_HAX&fref=mentions&hc_location=group Rashid Haciyev