Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
TOGG — 25 iyun 2018-ci ildə fəaliyyətə başlamış Türkiyə mərkəzli avtomobil istehsalçısı. Anadolu qrup, Turkcell, TOBB, BMC, Zorlu Holding kimi məşhur birliklər, şirkətin əsas sahibkarlarıdır.
TOGG | |
---|---|
Türkiye'nin Otomobili Girişim Grubu Sanayi ve Ticaret A.Ş. | |
| |
Ümumi məlumatlar | |
Tipi | Səhmdar cəmiyyəti |
Sənaye | Avtomobil sənayesi |
Məhsulu | Avtomobillər |
Təsis tarixi | 25 iyun 2018 ) |
Baş qərargahın yeri | Qəbzə, Kocaeli, Türkiyə |
Struktur | |
İşçi sayı | 4,323[2] |
TOGG rəsmi veb-sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Türkiyədə yerli avtomobil istehsal etmək üçün birlikdə iş qərarı alan şirkət və təşkilatlar 2017-ci il noyabr ayında prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlandı.[3] Bu məqsədlə Anadolu Qrupu (19%), BMC (19%), Kök Qrupu (19%), Turkcell (% 19), Zorlu Holding (% 19) və Türkiyə Ticarət Palata və Birjaları Birliyi (5%) tərəfindən 25 iyun 2018-ci ildə Türkiyə Avtomobil Girişim Sənaye Qrupu ve Ticarət ASM (türk. Türkiye'nin Otomobili Girişim Grubu Sanayi ve Ticaret A.Ş.) quruldu[4]. Kök qrupunun 2019-cu ilin sentyabr ayında layihədən çəkiləcəyi iddia edilmişdir.[5] 2019-cu ilin oktyabr ayında şirkətin qərargahı Şişli İstanbuldan Kocaeli ilinin Qəbzə şəhərinə köçürüldü. Şirkətin baş direktoru Gürcan Qaraqaş, dizaynı 2019-cu ildə tamamlanacaq avtomobilin 2022-ci ildə satışa çıxarılacağını açıqladı.[6] TOGG Yerli Avtomobilin SUV və sedan modelləri 27 dekabr 2019-cu ildə təşkil edilən mətbuat konfransında təqdim edilmişdir.[7]
TOGG-nin Bursanın Gəmlik şəhərində elektrikli avtomobili olan maşın istehsal edəcəyi, dəyəri 22 milyard dollar olan bir fabrik quracağı açıqlandı.[8] Zavod üçün layihə əsaslı dövlət yardımının veriləcəyi açıqlandı.[9]
Toggun ilk alıcılarından Azərbaycan Prezidenti İlham Əliyev olmuşdur. Bununla əlaqədar Rəcəb Tayyib Ərdoğana rəsmi tviter hesabında edilən paylaşımda demişdir:
Qardaşım İlham Əliyev də Türkiyənin qüruru olan “Togg”u təhvil aldı. Xeyirli olsun. Allah gözəl günlərdə istifadə etməyi nəsib etsin, qardaşım. |
2019-cu ilin dekabr ayında təqdim olunan TOGG Türk milli avtomobilinin iki modeli, hər ikisi 300 km və ya 500 km aralığında olan elektrikli avtomobillərdir. Hər iki avtomobildə 8 illik batareya zəmanəti və 2-ci səviyyəli avtonom idarəetmə köməkçisi olacaqdır.
Ad | Tip | Elan | Çıxış tarixi | Mühərrik |
---|---|---|---|---|
TOGG (SUV) | C-seqment SUV | 27 dekabr 2019 | 2022 | Elektrikli |
TOGG (Sedan) | C-seqment Sedan | 2024 | ||
TBA | C-seqment hetçbek | Elan olunmamışdır | 2030 ilinədək | |
TBA | B-seqment SUV | |||
TBA | C-seqment MPV |