Tok-şou (ing. Talk show) — Televiziya və ya radio kanallarında təbii söhbət üzərində qurulmuş janr.[1][2] Tok-şou digər televiziya proqramlarından müəyyən ümumi tərzi ilə seçilir. Tok-şouda bir nəfər (və ya bir qrup insan və ya qonaq) bir aparıcının irəli sürdüyü müxtəlif mövzuları müzakirə edir.[3] Bu müzakirə mühüm ictimai, siyasi və ya dini mövzular və hadisələr haqqında bir reportaj və ya sadə bir söhbət şəklində ola bilər.