Tokio "Göyqurşağı" Kanalizasiya Muzeyi

Tokio "Göyqurşağı" Kanalizasiya Muzeyi (東京都虹の下水道館?)Yaponiyanın paytaxtı Tokioda yerləşən kanalizasiya muzeyi.

Tokio "Göyqurşağı" Kanalizasiya Muzeyi
Xəritə
Açılış tarixi 1996
Mövzu kanalizasiya
Ölkə
Yerləşir Ariake[d]
35°37′59″ şm. e. 139°47′01″ ş. u.
nijinogesuidoukan.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey 1997-ci ildə Tokionun Koto rayonunda yerləşən Ariake Su Təmizləmə Mərkəzində açılmışdır. 2013-cü ildə aparılmış yenidənqurma işlərindən sonra yenidən açılışı keçirilmişdir.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Muzey Tokio Metropolitan Hökumətinin Kanalizasiya Bürosu tərəfindən nəzarət olunan kanalizasiya sistemi haqqında məlumat verir. Burada kanalizasiya borularının, nasos stansiyalarının, su təmizləmə mərkəzinin reproduksiyaları nümayiş etdirilir.[1]

Muzey 6 əsas bölmədən ibarətdir: "Göyqurşağı kinoteatrı", "Yer-kunun evi", "Giriş və kanalizasiya meydanı", "Kanalizasiya borusu", "Su təmizləmə mərkəzi". "Göyqurşağı" kinoteatrında kanalizasiya sistemi və kanalizasiya işçilərinin həyatı haqqında videomateriallar nümayiş etdirilir. "Giriş və kanalizasiya meydanı" bölməsində ziyarətçilər optik illüziya ilə işləyən interaktiv alət qarşısında dayanananda öz hərəkətləri ilə kanalizasiya axınının istiqamətinə təsir göstərə bilirlər. Bu bölmədə kanalizasiya ilə bağlı tədbirlər keçirilir.[2] "Yer-kunun evi" bölməsində tualet düyməsinə basandan sonra su axınının hərəkətini şüşə ilə əhatə olunmuş yeraltı borulardan müşahidə etmək mümkündür.[3] "Kanalizasiya borusu" bölməsində xarab olmuş real kanalizasiya borusu nümayiş etdirilir.[2]

  1. 1 2 "Welcome to Rainbow Town!!". Muzeyin rəsmi saytı (ingiliscə). 17 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2024.
  2. 1 2 "Floor Guide". Muzeyin rəsmi saytı (ingiliscə). Archived from the original on 2024-06-17. İstifadə tarixi: 17 iyun 2024.
  3. "Lisa's In and Around Tokyo: Tokyo Sewerage Museum--Where wastewater goes with the flow". The Asahi Shimbun (ingiliscə). 22 dekabr 2020. 17 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]