Pişik yüklənmə qazanır (ing. Puss Gets the Boot) — 1939-cu ildə istehsal olunmuş və 20 fevral 1940-cı ildə nümayiş etdirilmiş Tom və Cerri cizgi filminin ilk seriyasıdır. İlk dəfə qəhrəmanların adı Casper və Cinsk adlandırılmışdır, lakin sonradan onların adları "Tom və Cerri" adı olaraq dəyişdirilmişdir. Bu seriya "Tom və Cerri" seriyalarının ən uzun seriyasıdır. Cizgi filmini Karl Urbano, Toni Pabian, Cek Zander, Pit Börness ve Bob Allen adlı animatorlar canlandırmışdılar. Cizgi filminin bəstəkarı Skott Bredlidir. Yaradıcılar Vilyam Hanna və Cozef Barberadır. Ssenari Cozef Barbera və İvao Takamotoya məxsusdur. Həmçinin, Cozef Barbera cizgi filminə yaradıcılıq və rejissorluq etmişdir. Cizgi filmini Cozef Barbera Vilyam Hanna ilə birgə çəkmişdir. Cizgi filminin prodüserləri Rudolf İsinq və Fred Kuimbidir. Cizgi filmində rolları Lilian Randolf və Tea Vidal səsləndirmişlər. Ümumilikdə, Hanna və Barberanın hazırladıqları Tom və Cerri cizgi filminin qısametrajlı seriyalarının sayı 115-dir. Bu cizgi filmlərindən 13-cü nominasiyaya, onlardan 7-si isə Oskar mükafatına layiq görülmüşdür. İlk dəfə "Tom və Cerri" seriyalarından Oskar mükafatını məhz birinci seriya qazanmışdır.
Tom və Cerri | |
---|---|
ing. Puss Gets the Boot | |
Janr | komediya filmi[1] |
Rejissor | |
Prodüser |
|
Ssenarist | |
Bəstəkarlar | |
Studiya | Metro-Goldwyn-Mayer[2] |
Ölkə | |
Dil | ingilis dili |
Seriyanın müddəti | 9 dəq. |
Rəng | rəngli |
Nümayiş | 20 fevral 1940[2] |
Sonrakı seriya | Tom və Cerri |
IMDb | ID0032953 |
Pişik Casper həmişəki kimi siçanı Cinksi təqib etdikdən sonra təsadüfən güldanı sındırır. Bu səsə gələn Ana-İki-Başmaq Casperə deyir ki, əgər birdə sındırma hadisəsi təkrarlansa onu çölə atacaqdır.
Cinskdə Ana-İki-Başmağın Cinksə söylədiyi sözləri eşidir. Cinsk Casperi təqib edən zaman siçan əlinə düşən bütün qab-qacaqları yerə atmağa başlayır. Bu zaman Cinsksin ağlına bütün yeri döşəklərlə bəzəmək planı gəlir. Artıq Cinks yaranacaq təhlükədən qorxmur və sakitcəsinə siçanı ovlamağa başlayır. Cinks aşağıdakı duaları deməyə başlayır:
Yatıb dincəlmək istəyirəm Ruhumu Allaha həvalə edirəm Əgər mən yuxuda ölsəm Onu özünə götürər Amin |
Casper onu udmamışdan əvvəl Cinksi yuxarı tullayır, lakin bu zaman Cinks farfor qab-qacaqlarının yanına düşür. Cinks onları bir-bir atmağa qərar verir. Casperin üzərinə düşən vəzifə isə onları tutmaqdır. Sonda Cinks sonuncu qabı tullayır və Casper onu tuta bilmir. Bu zaman Ana-İki-Başmaq qabın sınması səsinə gəlir və Casperi çölə atır.
İl | Kateqoriya | Qazanan | Nəticə |
---|---|---|---|
1941 | Ən yaxşı qısametrajlı cizgi filminə görə "Oskar" mükafatı | Tom və Cerri | Namizəd |