Tomas Barker (1769[1][2][…], Pontipul[d] – 11 dekabr 1847[3][4][…], Bat, Somerset qraflığı[5]) — rəssam.
Tomas Barker | |
---|---|
ing. Thomas Barker | |
Doğum tarixi | 1769[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 11 dekabr 1847[3][4][…] |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Vikianbarda əlaqəli mediafayllar |
Barker 1769-cu ildə Monmutşirdəki Pontipol kəndi yaxınlığındakı Trosnantda anadan olub.[6] Onun atası Benjamin Barker bir vəkil oğlu idi. O həm də rəssamlıqla məşğul olurdu. Atası sadəcə at portleri çəkirdi.[7]
Barker heç vaxt rəsm dərsi almamışdır. Buna baxmayaraq yeniyetməlik yaşlarından bəzi fiqur və mənzərə rəsmləri çəkirdi. O, on altı yaşında olanda ailəsi Bata köçdü. Burada Çarlz Spakman adlı varlı adamın yanında istedadı üzə çıxdı və bir sənətkar kimi inkişaf etdi.
Barker təxminən əlli il ərzində Kral Akademiyasında və Britaniya İnstitutunda sərgi iştirakçısı olub. Bu müddət ərzində onun yüzə yaxın əsərləri nümayiş olunub. O, müxtəlif mövzularda rəsmlər çəkirdi.
İlk əsəri cənab Maklinə 500 qvineyaya satıldı. İkincisi, eyni məbləğə, Lord V. Paulettinə satıldı. 1821-ci ildə çəkdiyi Kraliça Karolinanın Məhkəməsi adlı rəsmi əsərində bir çox məşhur insanların portretləri yer alırdı.