Tommazo Baldanzi (it. Tommaso Baldanzi, 23 mart 2003[1], Podjibonsi[d], Toskana) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın Roma klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir.[2]
Tommazo Baldantsi | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 mart 2003[1] (21 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 1,7 m |
Mövqeyi | hücuma meyilli yarımmüdafiəçi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Poccibonsidə anadan olub Kastelfiorentinoda böyüyən Baldanzi ilk dəfə altı yaşında yerli yerli klubda futbol oynamağa başlayır. İki il sonra isə, Empoli klubunun gənclər sektoruna qoşulur.[3][4] Burada "Empoli"nin müxtəlif aşağı yaş komandalarında oynayır və 2019-cu ildə klubun 16 yaşlılardan ibarət komandasıyla İtaliya çempionu olur.[5]
28 oktyabr 2020-ci ildə yarımmüdafiəçi Beneventoya qarşı İtaliya kubokunda, "Empoli"nin 4–2 hesabı ilə qalib gəldiyi oyunda sonradan meydana çıxaraq "Empoli"də peşəkar debüt edir. Oyun zamanı Leonardo Mankusonun son qolunda qol ötürməsi ilə yadda qalır.[3][4][6] Eyni mövsümdə o, "Empoli"nin 19 yaşadək futbolçulardan ibarət komandasına İtaliya Gənclər Liqasının qalibi olmağa kömək edir və liqanın ən yaxşı oyunçusu seçilir.[7][8]
Növbəti mövsümdə UEFA Gənclər Liqasında çıxış etdikdən sonra Baldanzi komanda yoldaşları Yakobo Fatsini və Duçço Deli İnnoçenti ilə birlikdə, rəsmi olaraq "Empoli"nin əsas komandasına yüksəlıir. Daha sonra A Seriyasında debütünü 22 may 2022-ci ildə Atalanta ilə səfərdə, "Empoli"nin 1:0 hesablı qələbə qazandığı oyunun 74-cü dəqiqəsində Patrik Kutroneni əvəzləyərək edir.[9]
1 fevral 2024-cü ildə Baldanzi "Roma" klubuna keçir.[10]
Klub | Mövsüm | Liqa | Kubok | Toplam | ||||
---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Empoli | 2020–21 | B Seriyası | 0 | 0 | 2 | 0 | 2 | 0 |
2021–22 | A Seriyası | 1 | 0 | 0 | 0 | 1 | 0 | |
2022–23 | 26 | 4 | 1 | 0 | 27 | 4 | ||
2023–24 | 14 | 2 | 0 | 0 | 14 | 2 | ||
Karyerasında cəmi | 41 | 6 | 3 | 0 | 44 | 6 |