Tonino-Aniv yarımadası — Saxalin adasının cənub-şərq hissəsində yerləşir. Yarımadanın şimal qutaracağı Svobodnı (Tonin), cənub-şərq qutaracağında isə Aniva burnu qərarlaşır. Yarımadanın uzunluğu 90 km, eni isə 3 – 19 km[1] təşkil edir. Saxalin adasına Muravyovski bərzəxi ilə birləşir. Yarımada ərazisindən Tonino-Aniv silsiləsi keçir. Ən hündür nöqtəsi Kruzenştern dağıdır (670 m). Ərazisini qarışıq meşələr örtmüşdür. Yarımada ərazisində çoxlu sayda göl vardır: Böyük Vayayskoe, Busse gölü, Böyük Çibisan gölü, Tunayça gölü.
Tonino-Aniv | |
---|---|
Ümumi məlumatlar | |
Ən yüksək nöqtəsi | 670 m |
Yerləşməsi | |
46°23′00″ şm. e. 143°27′00″ ş. u. | |
Akvatoriya | Oxot dənizi |
Ölkə | Rusiya |
|