Sərnişin (fr. passager[1]) — ekipajın üzvü olmayan və nəqliyyat vasitəsində şifahi və ya yazılı müqavilə ilə daşınan şəxs.
Sərnişinin müqavilə ilə daşınması gediş biletinin alınması və baqaja qəbzlə onun yükünün təhvil verilməsi ilə müşayiət olunur. Biletlə hərəkət edən sərnişin bir qayda olaraq məcburi surətdə sığortalanır.
Bir qayda olaraq sərnişin özü ilə ödənişsiz şəkildə əl baqajı və körpə uşaq apara bilər. Gedişi ödəməyən sərnişin nəzarətçilər tərəfindən cərimə edilir.