Balkan yarımadası , Kiçik Asiya , İran , Qafqaz və Orta Asiya da yayılmışdır; Şərgi Avropa düzənliyin ancaq cənub hissəsində enliyarpaqlı meşələrdə və çöllərdə, kolluqlarda, daşlıq yerlərdə bitir.
Dəstəvari qulançar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Dəstəvari qulançar |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Hündürlüyü 2 m-ə çatan çoxillik bitkidir. Gövdəsi sarmaşan, budaqlıdır. Uc budaqları parlaq, kanarları dişli sürünən, üçkünc-budaqlı,bünövrəsində oduncaqlaşmışdır. Kladodiləri parlaq, xırda dişli olmaqla, dəstədə 20 ədəddir. İkievli bitkidir, diametri 0,4 sm-dir. Çiçəkləri budaqların ucunda yerləşir. Çıçəkyanlığı yarımşəkilli, uzunluğu təxminən 4 mm-dir, qısa ayaqda yerləşir, mərkəzdən bölünmüşdür. İyunda çiçəkləyir. Kladodiləri ( hamar qoltuq zoğları) əsas gövdədə dəstələrdə yerləşir, çoxsaylıdır (20-qədər), budaqlarda 1-3 ədəddir. Meyvəsi giləmeyvədir., diametri 5 mm-ə çatır. İyulda meyvələri tamyetişir, Toxumlarla və qələmlərlə çoxaldılır.
Rütübətsevən bitkidir. Münbit torpaqlarda yaxşı inkişaf edir. Sərt günəş şüalarından və küləkdən qorunmalıdır.
Böyük Qafqaz da , Quba da, Hirkan florasında rast gəlinir. Mərdəkan dendrarisində 1998-ci ildə introduksiya olunmuşdur.
Dekorativ görünüşünə görə park və bağlarda, rütübətli arazilərdə müxtəlif kompozisiyaların qurulmasında istifadəsi məqsədyönlüdür.
Azərbaycan Dendroflorası II cild-Bakı:"SƏDA",2015,388 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov