Topaz – Azərbaycanda bukmeyker.[2] 2014-cü ildə ölkədə ən çox tanınan brendlərdən biri kimi göstərilmişdir.[2]
Topaz | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | mərc |
Sənaye | qumar |
Məhsulları | bukmeykinq, onlayn mərc oyunları |
Təsis tarixi | 8 yanvar 2011 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Əməliyyat mənfəəti | 200 milyon avro (2013)[1] |
Struktur | |
İşçi sayı | 1000 (2014)[2] |
topaz.az |
Bukmeyker 8 yanvar 2011-ci ildə ölkədə mərc oyunlarına olan 13 illik qadağadan sonra qurulmuşdur.[2][3][4]
2011-ci ildə şirkət 500-cü mərc ofisini açmışdır.[1]
Şirkətin 1000-dən çox işçisi var.[2] Şirkət telefon və internetlə birlikdə 500-dən çox lisenziyalaşdırılmış mərc ofisində mərc etməyi təklif edir.[1]
2012-ci ildə Topaz Azərbaycan Premyer Liqasının rəsmi sponsoru olmuşdur.[5][6] 5 avqust 2019-cu ildə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirmidir ki, Topaz 2019/2020 Azərbaycan Premyer Liqa mövsümünün rəsmi sponsoru olmayacaq.[7]
2013-cü ilin martında AR Milli Məclisi gənclər üzərində mənfi təsirinə görə Topaza qarşı tənqidlər etmişdir, lakin Gənclər və İdman naziri Azad Rəhimov Topazın idmana olan qayğısını əsas gətirərək şirkətə olan dəstəyini bildirmişdir.[2][8]