Toplum TV — Azərbaycanda müstəqil informasiya resursu.
Toplum TV | |
---|---|
Ölkə | |
Baş qərargah | |
Yaranma tarixi | 2016 |
Toplum TV 2016-cı ildən fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.[mənbə göstərin]
2024-cü il martın 6-da Daxili İşlər Nazirliyi tərəfindən Toplum TV müstəqil media platformasının yerləşdiyi ofisə basqın edildi.[1] Basqın nəticəsində media qurumunun 10-dan çox işçisi saxlanılmışdır. İstintaq işi hazırda davam edir.[2]