Torpaqların ekologiyası

Torpaqların ekologiyası- kənd təsərrüfatı ekologiyasının bölməsi; torpaqdan istifadə şəraitini təyin edən təbii faktorları öyrənir. Torpaqların ekologiyası təbiətin mühafizəsi fəaliyyəti ilə sıx bağlıdır. Bu termini L.Q. Ramenski (1938) təklif etmişdir.[1]

Torpaqların ekoloji mübitlik modeli[redaktə | mənbəni redaktə et]

Torpaqların ekoloji münbitlik modeli torpaqların münbitlik modeli-bitki məhsuldarlığının müəyyən səviyyəsinə uyğun gələn aqronomik cəhətdən əhəmiyyətli torpağın xassələri və rejimlərinin məcmusu hesab olunur. Bu istiqamətdə olan materiallara və respublikamızda aparılan torpaq-aqroekoloji tədqiqatlara, ayrı-ayrı regionların təbii şəraitinin təhlilinə əsaslanaraq, bitkilərin (taxıl, pambıq, üzüm, çay, meyvə, otlaq, meşə) tələbatından asılı olaraq müxtəlif torpaqlar üçün münbitlik modeli işlənmişdir. [2] Zonal əkinçilik sistemləri çərçivəsində münbitliyin idarə edilməsi əhəmiyyətinə görə Azərbaycan torpaqlarının xassələrinin faktiki və optimal parametrləri əsasında doqquz blokdan ibarət münbitlik modeli hazırlanmışdır:

  • Aqroekoloji blok
  • Torpaq tərkibi bloku
  • Torpaq rejimləri bloku
  • Torpaq xassələri bloku Qiymətləndirmə bloku
  • Biometriya bloku
  • Torpaq faunası bloku
  • Aqromeliorasiya bloku
  • Monitorinq bloku

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçid[redaktə | mənbəni redaktə et]

Torpağın ekologiyası

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 
  2. Məmmədov Q.Ş. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı-"Elm"-1998. 280 s.