Tosa-ina, tosa-ken, Yapon mastifi — Molosslara daxil olan və Yaponiyada təbii şəkildə formalaşan it cinsi. XIX əsrin sonları Tosa knyazlığında it döyüşləri üçün istifadə edilirdi.
Tosa | |||||
---|---|---|---|---|---|
Mənşəyi | |||||
Ölkə | Yaponiya | ||||
Xarakteristikaları | |||||
Boyu |
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Tosa-ina it cinsi Meyci dövründə xüsusi ilə it döyüşləri üçün yetişdirilmişdir. Yerli it cinslərinin Avropadan gətirilən Buldoq, Mastif, Bulterer[1][2], Alman poynteri, Alman doqu və Senbernarlar ilə[2] seleksiya edilməsi nəticəsində indiki Koçi prefekturası ərazisində yeni cinslər yetişdirilirdi. Bu cinslər döyüşlərdə rəqiblərini dişləri ilə deyil cüssələri ilə məğlub edirdilər.
Sumo döyüşlərini xatırladır. Burada itlər bir-birini dişləmir. Hədəf sadəcə rəqibi küncə sıxmaqdır. Digər iti dişləyənlər, hürənlər yarışdan çıxarılır. Qalib gələn it xüsusi qidaya sahiblənir.
Tosa-ina cinsinin satışı Yaponiyadan satışı demək olar ki, həyata keçirilmir. Avropaya daşınmış itlər Çin və Koreya vastəsi ilə həyata keçirilmişdir[1]. Mütəxəsislərin fikirinə görə Avropada olan cinslərlə Yaponiyada olanlar arasında müəyyən fərqlər vardır[3].
İlk Tosa-ina Avropaya 1976-cı ildə gətirilmişdir[3].
Tosa-ina yığcam bədən quruluşuna, sallanan qulaqlara, qısa tükə və enli kəlləyə malik olur. Xüsusiyyətləri aşağıdakı kimidir[4]:
Tosa-ina sakit, sakit, yalaqlıq etməyən itdir. Bununla belə ciddi döyüş itidir və ciddi əhəllişdirilməyə ehtiyacı vardır. Digər cins itlərə qarşı olduqca sərtdir.[3].