Totalitarizm qurbanlarına memorial abidə

Totalitarizm qurbanlarına memorial abidə — 17 iyun 2000-ci ildə UkraynaPolşa prezidentlərinin təşəbbüsü ilə Xarkov meşə parkında açılmış memorial abidə. Abidə Stalinin 22 mart 1940-cı ildə imzaladığı "USSR və BSSR ərazisindəki XDİK həbsxanalarının boşaldılması haqqında" sənədindən sonra güllələnmiş əsir polyak zabitlərinə və yerli dinc sakinlərə həsr olunub.

Totalitarizm qurbanlarına memorial abidə
Xəritə
50°04′50″ şm. e. 36°15′46″ ş. u.
Ölkə Ukrayna Ukrayna
Şəhər Xarkov
Yerləşir Xarkov
Tikilmə tarixi 2000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abidə XDİK tərəfindən 1938-1940-cı illərdə güllələnmiş və meşənin ərazisində qardaşlıq məzarlığında dəfn edilmiş, polşalı hərbiçilərin adları əks olunmuş lövhələrdən və onların qarşısında yerləşən Virtuti militari xaçından ibarətdir.[1] Stalinin 22 mart 1940-cı ildə imzaladığı "USSR və BSSR ərazisindəki XDİK həbsxanalarının boşaldılması haqqında" sənədindən sonra bu meşədə 3809 polşalı zabit və 500 polşalı dinc sakin güllələnmişdir. [2]

2010-cu ildə abidənin açılışının 10 illiyi münasibətilə Polşanın prezidenti Bronislav Komorovski Xarkova gəlmiş və abidəni ziyarət etmişdir.[3]

  1. "Посол Генрик Литвин почтил память польских солдат на Мемориале жертвам тоталитаризма" (ukr. ). city.kharkov.ua. 30 noyabr 2011. 10 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2020.
  2. Yuliya Aqarova. "Документы КГБ: останки расстрелянных поляков в Харькове пробовали замаскировать под немцев-дезертиров" (ukr. ). kp.ua. 12 dekabr 2017. 1 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2020.
  3. Andrey Kravçenko. "Харків. Лісопарк. Квартал №6 (фоторепортаж) / Xarkov. Meşə parkı. Kvartal" (ukr. ). unian.ua. 25 sentyabr 2010. 10 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2020.
  • İ.Aleksandrova - Nə qədər ki sağıq xatırlayacağıq (ukr. Покуда живы — будем помнить) // Слобода. — 2000. — 23 iyun.
  • Y. Soldatenko - Ümumi tarixin, ümumi talenin simvolu (ukr. Символ общей истории, общей судьбы) // Веч. Харьков. — 2000. — 22 iyun.
  • O. Yaroznak - Meşə parkındakı Virtuti Militari xaçı (ukr. Крест Виртути Милитари в Лесопарке) // Время. — 2000. — 22 iyun.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]