Toyo Bunko

Toyo Bunko (東洋文庫?) — Yaponiyanın Tokio şəhərində ən böyük asiyaşünaslıq kitabxanası. O, həmçinin Asiya tarixi və mədəniyyətinin öyrənilməsinə həsr olunmuş tədqiqat institutu kimi fəaliyyət göstərir.

Toyo Bunko
Xəritə
Ümumi məlumatlar
Ölkə
Yaradılıb 1924, 1917[1]
Ünvan 東京都文京区本駒込2丁目28番21号
Sayt toyo-bunko.or.jp
toyo-bunko.or.jp/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hazırda kitabxanada Asiya, Qərb və Yapon dillərindəki materiallara uyğun linqvistik kataloqa salınmış təxminən 950.000 cild kitab var.[2]

Kitabxana 1917-ci ildə Mitsubishi şirkətinin keçmiş prezidenti Hisaya İvasaki tərəfindən yaradılıb. Bu, Yaponiyada sırf şərqşünaslığa həsr olunmuş ilk kitabxana müəssisəsidir.

1948-ci ildə kitabxana Milli Parlament Kitabxanasının filialına çevrildi.

1961-ci ildən kitabxana Şərqi Asiya Mədəniyyət Araşdırmaları Mərkəzi kimi UNESKO-nun üzvüdür. Qərb tədqiqatçılarının bir çox nadir əsərləri rəqəmsal nadir kitab arxivində mövcuddur.

1994-cü ildə kitabxananın nəzdində Fransadan göndərilən alimlərin tədqiqat imkanlarını təmin etmək üçün mərkəz yaradılmışdır.[3]

2009-cu ildən kitabxana yenidən müstəqil quruma çevrilib.

2011-ci ildə kitabxana yeni binaya köçdü. Xüsusi kitabxananın adi funksiyalarından əlavə, Toyo Bunko mütəmadi olaraq mühazirələr təşkil edir və nəşriyyat işləri aparır.

Kitabxananın idarə edilməsi ilə bağlı əsas qərarlar Məsləhətçilər Şurası və İnzibati Şura tərəfindən qəbul edilir. Gündəlik fəaliyyətlərə şöbə müdirləri komitəsi nəzarət edir.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]