Toyo Yamavaki (yap. 山脇東洋; 1 fevral 1706, Kameoka[d], Kioto prefekturası – 25 sentyabr 1762) – Yaponiyada meyit yaran ilk şəxs. Qərb tibbinin Yaponiyada tanıdılmasında vacib rol oynamışdır.[1] Anatom, şair, həkim və müəllim olmuşdur.[2]
Toyo Yamavaki | |
---|---|
yap. 山脇 東洋 | |
Doğum tarixi | 1 fevral 1706 |
Doğum yeri |
|
Vəfat tarixi | 25 sentyabr 1762 (56 yaşında) |
Fəaliyyəti | həkim, anatomiyaçı |
Vikianbarda əlaqəli mediafayllar |
Yamavaki Kiotoda saray həkimi kimi işləmişdir[3] və Kohoha məktəbinin üzvü olmuşdur. Müəllimi Qoto Konzan olmuşdur. 1754-cü ildə rəsmilərdən icazə alaraq Rokkaku həbsxanasında[1] edam olunmuş bir şəxsin meytini yarmışdır. O, Qərb tibbi kitablarından yararlanaraq "Orqanlar kitabı" ("Zoşi") adlı kitabında düzgün anatomik detalları təsvir etmiş, ənənəvi Çin tibbindəki səhvləri ortaya çıxarmışdır.[3] Kitabı Kiotodakı Maruyama və ya Şico məktəbinin rəssamı olan Asanuma Suketsune tərəfindən illüstrasiya olunmuşdur.[3] Kitab Tokuqava tibb dünyasında şoka səbəb olmuş, Yamavaki təzyiqlərə məruz qalmışdır.[4]
Yamavaki və həmkarları meyityaramaya Padua Universitetinin professoru Yohan Veslinq tərəfindən holland dilində yazılmış "Syntagma Anatomicum" adlı anatomiya kitabı gətirmişdilər[5] və onlar kitabdakı diaqramların meyitin orqanları ilə üst-üstə düşdüyünü gördükdə xeyli təəccüblənmişdilər.
Yamavakinin şagirdi olan Kuriyama Koan Haqidə iki dəfə meyit yarmışdır.[4] 1771-ci ildə Qenpaku Suqita və Ryotaku Maeno da Yamavakidən təsirlənərək meyit yarmışdırlar.[6]