Tozqoparan İskəndər (Osmanlı Türkcəsi:توزقوپاران ايسكندر) — Osmanlı oxçusu. Türk oxçuluq tarixinin ən böyük kəmankeşlərindən biridir.[1]
Tozqoparan İskəndərin həyatı haqqında məlumatlar çox azdır. Rəvayətə görə, İskəndər Bəy "Tozqoparan" ləqəbini belə almışdır: Bir zaman Pəhləvan İskəndər (Tozqoparan İskəndəri belə də adlandırırdılar) oxçuluq məşqi edərkən yayın toz deyə adlanan hissəsini qoparmışdı. Bunu görən İldırımlı Baba: "Bu pəhləvan toz qoparandır!" dedi. O zamandan Pəhləvan İskəndəri "Tozqoparan" adlandırmağa başladılar.Yavuz Sultan Səlimin İran və Misir səfərlərindənə qatılmışdır.[2]
Osmanlı Dövlətinin ayrı-ayrı yerlərində 10 ayrı rekord qırmış,daha sonra bu rekordlar təkrar oluna bilməmişdir. Tozqoparan İskəndər ən uzun rekordunu Akruri Mənzilində 846 (və ya 848) metr uzunluğunda atmışdır. Bu məsafə bir dünya rekordudur.