Tragacantha persica

Fars gəvəni (lat. Astragalus persicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Fars gəvəni
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Astragalus persicus

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

İlk dəfə Azərbaycanın Zuvand dağlarında təsvir edilmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

25 sm hündürlükdə, tikanlı, gümüşü, yumşaq tüklü, yarpağını tökən kolcuqdur. 5-6 cüt ellipsvari, 16 mm-ə qədər uzunluqda, ucu nazik, tikansız yarpaqcıqlıdır. İyulda çiçəkləyir. Çiçəkaltlığı enli və qısa, azca şişdir. Bəzək bitkisi kimi daşlı yamacların örtülməsində istifadə edilə bilər. Bir növ müxtəlifliyi məlumdur: Rapherrianus (Fisch.) Boiss.

Dağlıq sahələrdə, quru, daşlı yamaclarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da təbii halda yayılmışdır.

Yarpaqlarında efir yağı, gövdəsində qatran vardır.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astragalus lagopoides var. persicus DC.
  • Astragalus lagurus subsp. persicus (DC.) Ponert
  • Astragalus mesopotamicus var. olivieri Boiss.
  • Astragalus olivieri Bunge
  • Tragacantha persica (DC.) Kuntze

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astragalus mesopotamicus Boiss.
  • Astragalus taeniolepis Boiss. & Hohen.
  • Astragalus toeniolepis Boiss. & Hohen.