Trakya

Aleksandr G. Findley Classical Atlas to Illustrate Ancient Geography, Nyu York, 1849

Frakiya (Bolqar dilində: Тракия Trakiya, Türk dilində: Trakya, Yunan dilində: Θράκη Traki) ― Cənub-Şərqi Avropada cənubdan Bolqarıstan, şimal-şərqi YunanıstanTürkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən, tarixi çox zəngin bir bölgə. Türkiyə sərhədləri içindəki sahəsi 23.764 km² olan bu bölgənin üç dəniz ilə sərhədi vardır: Qara dəniz, Mərmərə dəniziEgey dənizi.

Frakiyanın ərazi bölünməsi

[redaktə | mənbəni redaktə et]

Frakiyanın torpaqları Türkiyə Frakiyası,[1] Bolqarıstan FrakiyasıYunanıstan Frakiyası arasında bölünmüşdür. Türkiyə Frakiyasına Şərqi Frakiya, Bolqarıstan Frakiyası və Yunanıstan Frakiyasına Qərbi Frakiya deyilir.[2] Türk mediasında Qərbi Frakiya[3][4][5][6] sözü Yunanıstanın Frakiya (Şərqi Makedoniya və Frakiya) bölgəsi üçün istifadə edilir.

Mənşə elmi (etimologiya)

[redaktə | mənbəni redaktə et]

Frakiya sözü qədim yunan dilində traxia sözündən törəmişdir və "qırtlaq, nəfəs borusu" mənasını verməkdədir. Bir başqa deyişlə Frakiya, "Boğazlar ölkəsi" dir.

  1. Türkiyə Trakyası, Türkiyənin Avropa qitəsindəki torpaqlarının bütününü təşkil edir.
  2. Ramazan Özey, 'Türk Yurdu Balkanların Coğrafyası', Yeni Türkiye, Sayı. 43: Türkoloji ve Türk tarihi araştırmaları özel sayısı I, Yanvar/Fevral 2002, s. 229.
  3. "Başkanlar Batı Trakya'da, Hürriyet Gazetesi". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-29.
  4. "Yunanistan ırkçılıkla mücadelede yetersiz, Milliyet Gazetesi". 2012-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-29.
  5. "Yunanistan'da, Batı Trakya'dan 2 Türk milletvekili seçildi, Milliyet Gazetesi". 2007-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-29.
  6. "Batı Trakya'nın Füsun Suka'lara ihtiyacı var, Yorgo Kirbaki, Hürriyet Gazetesi". 2008-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-29.