Transleytaniya (lat. Transleithania sözündən gəlir, mənaca "Layta çayının arxasında torpaq" deməkdir) — ikili Avstriya-Macarıstan İmperiyasının tərkibindəki Macarıstan tacı torpaqlarının adı. 1867-ci ildə razılaşma nəticəsində yarandı və 1918-ci ildə Avstriya-Macarıstan dövlətinin dağılmasına qədər mövcud idi.
"Transleytaniya" latın adı Layta çayının şərq tərəfində (Avstriya tərəfindən baxsaq hərfi mənası "o tayında" olar) yerləşən torpaqlar deməkdir, hansılar ki Avstriya tacının torpaqları Sisleytaniyadan əks istiqamətdə yerləşirdi.
Sıra | İnzibati vahidin adı | Sahə
(km²) |
Əhalisi
(1910-cu il) |
Əhali sıxlığı
(nəf./km²) |
---|---|---|---|---|
1 | Macarıstan krallığı | 240 329 | 15 642 579 | 65,0 |
2 | Xorvatiya və Slavoniya krallığı | 42 541 | 2 621 954 | 62,6 |
Cəmi | 282 870 | 18 264 533 | 64,5 |
Transleytaniya komitatlar (vármegye) və bölgə hüquqlu şəhərlərə (törvényhatósági jogú város) bölünürdü, komitatlar şəhərlərə (város) və bələdiyyələrə (község) bölünür.
Komitatın nümayəndəlik orqanı komitat məclisi (vármegyei közgyűlés) əhali tərəfindən seçilirdi. Bölgənin icra orqanı qubernator (alispán) komitat məclisi ilə seçilirdi. Mərkəzi hakimiyyəti daxili işlər nazirinin təklifi ilə monarx tərəfindən təyin edilmiş Macarıstan kralı nümayəndələri (főispán) təmsil edirdilər. Bələdiyyə və ya şəhərin nümayəndəlik orqanı bələdiyyə məclisi (községi képviselők) (şəhərlərdə şəhər məclisi (városi képviselők) adlanırdı) əhali tərəfindən seçilirdi. Bələdiyyənin icra orqanı mer (polgármester) bələdiyyə məclisi tərəfindən seçilirdi.
Dövlət başçısı Avstriya imperatoru olan kral idi. İcra orqanı Nazirlər Şurası kralın təyin etdiyi və ona cavabdeh olan baş nazir və nazirlərdən ibarət idi.
Qanunverici orqan dövlət məclisi (Országgyűlés) idi ki, o, iki palatadan, Perlər Palatası (Főrendiház) (oraya titullu zadəganlar daxil idilər) və əhali tərəfindən seçilən Deputatlar Palatasından (Képviselőház) ibarət idi.