Avstriya-Macarıstan müqaviləsi (alm. Ausgleich, mac. Kiegyezés) - 1867-ci ildə Avstriya ilə Macarıstan dövlətləri arasında imzalanan və Avstriya-Macarıstan imperiyasının yaradılması ilə nəticələnən müqavilə [1].
1866-cı ildə Prussiya-Avstriya müharibəsi zamanı əldə edilən məğlubiyyət və alman ittifaqının dağılması nəticəsində Avstriya öz nüfuzunu itirmişdi. Bundan başqa artmaqda olan sosial və milli-siyasi təzadları aradan qaldırmaq üçün imperiyanın modernləşməsi, radikal islahatlar tələb olunurdu. 1867-ci ildə Avstriya və Macarıstan müqavilə (alm. Ausgleich) imzaladılar. Həmin vaxtdan Avstriya imperiyası Avstriya-Macarıstan dualist monarxiyası kimi çıxış etdi. Müqaviləni Avstriya tərəfdən imperator Frans İosif, Macarıstan tərəfindən isə Ferens Deak imzalamışdır. Müqavilənin şərtləri aşağıdakılardır [2]: