Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
TransLogistica Caspian — sərgisi dəmir yolları, dənizçilik sənayesi, aviasiya, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır.[1][2]
Translogistica Caspian | |
---|---|
azərb. Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi | |
Status | aktiv |
Janr | sərgi |
Məkan | Bakı Ekspo Mərkəzi |
Yer | Bakı |
Ölkə | Azərbaycan |
Yaradılıb | 2001-ci il |
Növbəti | 5-7 aprel, 2023-cü il |
Təşkilatçı | Caspian Event Organisers |
translogistica.az |
Sərgi həm Azərbaycanın, həm də region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər və mütəxəssislərlə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının ən son nümunələrini nümayiş etdirmək, perspektivli dövlət infrastruktur layihələri ilə tanış olmaq, məhsullar üçün yeni satış kanalları tapmaq, habelə dəmir yolları, dəniz limanları, aerodromlar və logistika mərkəzlərinin tikintisi, eləcə də hərəkət heyətinin istehsalı və gəmiqayırma sahələrində təcrübə mübadiləsi üçün unikal imkan yaradır.[3]
"TransCaspian/Translogistica" sərgisində dünyanın 15 ölkəsini təmsil edən 85 şirkət iştirak edib. Azərbaycan, Belarus, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və s.) təqdim etdilər.
"TransLogistica 2022" sərgisində Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri öz məhsul və xidmətlərini təqdim ediblər.