Gəmiqayırma

"Bremen" layneri tərsanədə.
Gəminin qurulma mərhələsi

Gəmiqayırma sənayesi — iqtisadiyyatın ağır maşınqayırma sahəsi, gəmilərin inşası həyata keçirilir. Gəmilər tərsanə adlanan xüsusi müəssisələrdə inşa edilirlər.

1960-cı illərdə sənayenin bu sahəsi sürətlə inkişaf etməyə başlamışdı. Səbəbi də "ucuz" neftin dənizlə daşınmasının artması və müvafiq olaraq iri tutumlu tankerlərin istehsalının artması idi, lakin energetik böhran başlayandan sonra yüksək tutumlu tankerlərə olan tələbat azaldı. Bu dövrlərdə gəmiqayırma sənayesi öz coğrafi mövqeyini dəyişmədi. Məhsul daha çox yeni inkişaf etmiş ölkələrdə istehsal edilirdi. Cənubi Koreya bu sahədə dünyada Yaponiyanı geridə buraxıb birinci yerə çıxdı. Gəmiqayırma Braziliyada, Argentinada, Meksikada, ÇilidəÇində inkişaf etməkdədir.