Translor (ing.Translohr) — tək rels üzərində şinli təkərlə hərəkət edən tramvay. "Lohr Industrie" fransız şirkəti tərəfindən layihələndirilmişdir. 2012-ci ildə bu texnologiya Alstom şirkətinə satılmışdır.[1][2].
Fransanın Nansi və Kan şəhərlərindəki "Bombardier" şirkəti tərəfindən yaradılmış şinlər üzərində hərəkət edən tramvaydan fərqli olaraq, translorun istiqamətləndirici relsinə iki təkər birləşir. Translor avtonom rejimdə, yəni relslər olmadan hərəkət edə bilmir, çünki sükanlı idarəetmə mexanizmi yoxdur.