Trautfetter ağcaqayını (lat. Acer heldreichii subsp. trautvetteri) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin acer heldreichii növünə aid bitki yarımnövü.
Trautfetter ağcaqayını | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Yarımnöv: Trautfetter ağcaqayını |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Rusiya (Dağıstan), Türkiyə və Qafqazda yayılımışdır.
Böyük Qafqaz (Quba) və Kiçik Qafqazın (Qarabağ) şimal hissələrində meşələrin yuxarı sərhədlərində seyrək ağcaqayın meşəliyi şəklində rast gəlinir. Azərbaycanın nadir bitkisidir. VU D2.
Dəniz səviyyəsindən 1600–2500 m yüksəklikdə olan meşələrdə kiçik sahələrdə rast gəlinir.
Azərbaycanda arealı geniş deyildir
Toxum və kök pöhrələri ilə çoxalır.
Təbiətdə hündürlüyü 20 m-ə çatan geniş çətirli ağacdır. Yarpaqları çox da dərin olmayan 5 dilimlidir. Gövdəsinin qabığı hamar və boz rəngdədir. Üzəri dairəvi və ya uzunsov mərcilərlə örtülüdür. Tumurcuqlarının ucu iti yumurtavarıdır. 7–18 mm uzunluqdadır. Yarpaqları 5 dilmli olub, 9–14 sm uzunluqda və 11–16 sm enindədir. Üstdən tünd-yaşıl, bulanıq rəngli və çılpaqdır, altdan açıqyaşıl rəngdədir. Yarpaqlar cavan vaxtı tükcüklərlə örtülü olur. Sonradan isə bu tükcüklər yarpaqlarının damarlarının künclərində qalmış olur. Dilimləri itiləşmiş, üstdən yumurtavari-rombik, oturacağı isə nizəvari ensizləşəndir. Yanlardan, adətən, iki cütü iridişlidir. Alt dişlər üstdəkilərdən xeyli xırdadır. Dilimlərin yanları xırda, iridişlidir. Çiçək qrupu 7 sm uzunluqda və 5 sm enində başcıqlar halında dik oturandır. Çiçək oxu və çiçək qrupunun saplağı çılpaqdır. Çiçəkyanlıqları 15–18 mm uzunluqda olub geri əyiləndir. Çiçəkləri ağımtıl-yaşıl rəngdə olub, 10 mm diametrdədir. Qanadlı meyvələri 5–7 sm uzunluqda olub, paralel yerləşmişdir və bəzən qanadların ucları bir-birinə toxunmuş olur. Meyvələri yetişdikdə qonur qırmızı və ya qırmızı rəng alır. Yetişmiş fındıqcıqlar qonur, şiş, cavan vaxtı tükcüklərlə örtülü, sonradan çılpaq olur. Meyvəsi qanadlıdır, qanadları paralel yerləşməklə bəzən ucları bir-birinə toxunur. May-iyun aylarında çiçəkləyir, meyvəsi sentyabrda yetişir.
Təbiətdə əsasən generativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətinin təsiridir.
Bəzəkli olmasına görə park və bağlarda əkilir.
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı kitabı"na salınmasına ehtiyac vardır.