Trebine

Trebine (bosn. Trebinje, serb. Требиње / Trebinje, xorv. Trebinje) — Bosniya və Herseqovinaya daxil olan Serb Respublikasının cənub hissəsində yerləşəmn eyni adlı icmanın inzibati mərkəzi. Şəhər Herzeqovinanın cənub-şərqindəki Trebişnise çayında, Dubrovnikdən (Xorvatiya) cənub-şərqdə, Adriatik dənizindən 24 km məsafədə yerləşir.

Trebinye
Bayraq Gerb
Bayraq Gerb
42°42′32″ şm. e. 18°19′18″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 854,05 km²
Mərkəzin hündürlüyü 275 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 31.433 nəf. (1 yanvar 2013)
Rəqəmsal identifikatorlar
Telefon kodu +387 59
Poçt indeksi 89000
Digər
trebinje.rs.ba
Xəritəni göstər/gizlə
Trebinye xəritədə
Trebinye
Trebinye
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin tarixi antik dövrlərdən başlayır. Adının özü qədim "Travuniya"-dan gəlir. Bu Adriatik sahilindəki Kotordan Dubrovnikə qədər mövcud şəhər və ətrafındakı dağları əhatə edən ərazinin adıdır. Adı slavyanların terbıne sözündən gəlməsi deyilir. Bununda mənası "təmizlənmiş torpaq, köklü yer" deməkdir[1].

Trebineni üç dinin şəhəri adlandırmaq olar - burada xeyli sayda pravoslav kilsəsi (şəhər bağçasında Rəbbin Müqəddəs Transfiqurasiyasının Katedral Kilsəsini və Skvine təpəsindəki Herqeqovachka Qracanisa monastırını qeyd etməyə dəyər). 1992-1995-ci illər müharibəsi zamanı dağıdılmış Köhnə şəhərdəki Katolik Katedrali (20-ci əsrin əvvəlləri) və Osman Paşa Məscidi (XVIII əsr) də var. Məscid yalnız 2005-ci ildə müsəlman Bosniyalıların qeri qayıtması ilə bərpa edilə bilir.

Trebine Balkan yarımadasının ən günəşli şəhərlərindən biridir. Trebine]də Aralıq dənizi iqlimi hakimdir.

2013-cü il siyahıyaalınmasına görə şəhərin əhalisi 25 589 nəfər, icmanın əhalisi isə 31 433 nəfər təşkil etmişdir[2].

1991-ci il siyahıyaalınmasına əsasən, şəhərdə 21 870 nəfər yaşayırdı. Bunlardan 68.19% - serblər, 19.33% - Bosniya müsəlmanları, 6.72% - yuqoslavlar və 1.58% - xorvatlar idi.

Trebinedə Serb Respublikasının ən böyük rus icması yaşayır.

Bosniya və Herseqovina Premyer Liqasında oynayan "Leotar" futbol klubunun bazası Trebine şəhərində yerləşir.

Şəhərin görməli yerləri eyni zamanda keçmiş Yuqoslaviyadakı ən böyük yay kafesi ilə sərhəd olan 16 köhnə çinar ağacını və serbiyalı şair və diplomat, Trebine əsilli Yovan Duçiçin abidəsini də əhatə edən parkdır.

Şəhərin cənub-qərbində Popovo Pole dağ arası vadi kənd təsərrüfatı sahəsi və pravoslav cənub slavyanları üçün böyük əhəmiyyətə malik tarixi ərazidir. Burada Tvrdoş monastırını (XV əsr) həmçinin Mrkoniçi Ostroqun kəndində Müqəddəs Vasili Ostojki kilsəsini görə bilərsiniz.

  1. "Trebinje". // mirjanadetelic.com. 2016-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-1-20.
  2. "Попис становништва, домаћинстава и станова у Босни и Херцеговини 2013 на територији Републике Српске — Прелиминарни резултати, Републички завод за статистику, Бања Лука, 2013" (PDF). 2014-01-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.