Trekbol

Trekbol(ing. trackball) — korpusun yuxarı hissəsinin daxilində qurulmuş kürəcikli kiçik qutudur. İstifadəçi əllə kürəciyi fırladır və uyğun olaraq kursorun yerini dəyişir. Mausdan fərqli olaraq, trekbol kompüterin yanında sərbəst məkan tələb etmir, onu tez-tez noutbukun korpusu daxilində quraşdırırlar.