Trençin diyarı (slovak. Trenčiansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Trençin şəhəridir. Sahəsi 4501 km², əhalisi isə 609 828 nəfər (2001) təşkil edir. Trençin diyarı Slovakiyanın qərbində yerləşir və Çexiya ilə həmsərhəddir. Diyarda yerləşən Dunay düzənliyi Nove Mesto nad Vahom və Partizanske ərazilərini əhatə edir. Həmçinin diyar ərazisində bir sıra dağ massivləri də var: cənub-qərbdə Kiçik Karpat dağlarının bir hissəsi, mərkəzdə Strajov, cənubda Povajski İnovets, cənub-şərqdə Vtaçnik və şərqdə Jiar dağları.
Trençin diyarı | |
---|---|
Trenčiansky kraj | |
48°53′39″ şm. e. 18°02′26″ ş. u. |
|
Ölkə | |
İnzibati mərkəz | Trеnçin |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 24 iyul 1996 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | SK-TC |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Trençin diyarı "okres" adlanan 9 rayona bölünür:
Diyarda əhalinin sıxlığı 135/km² nəfər təşkil edir. Diyarın inzibati mərkəzi Trençin şəhəri sayılır (almanca Trentschin). Əhalinin etnik mənsubiyyəti
Əhalinin konfessional mənsubiyyəti