Sarınmış üçküncmeyvə (lat. Trigonocaryum involucratum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin üçküncmeyvə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür.
Sarınmış üçküncmeyvə | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Sarınmış üçküncmeyvə |
||||
Beynəlxalq elmi adı | ||||
|
Tüklü, uzun, nazik köklü bitkidir. Gövdəsi qısadır, qaidə hissədə budaqlanandır, 5-20 sm uzunluqdadır. Yarpaqları 1-1,5 sm uzunluğunda, küt, mərkəzi hissəyə getdikcə daralandır. Çiçək qrupu yan çətirlərdən ibarət başcıqlıdır. Çiçək altlığının yarpaqları çiçəyi əhatə edir, 1-2 sm uzunluğundadır. Formasına görə gövdə yarpaqlarına oxşayır, çiçəklərdən uzundur. Kasacıq 2 mm uzunluqda, oturaq və ya qısa ayaqcıqlıdır, zəngvari, tükcüklüdür. Çiçək tacı ağımtıl və ya göy, çox kiçik, kasacıqdan bir az uzundur. Fındıqcası ağımtıl, iri, 3,5 mm uzunluqda və üçkünclü formadadır.
Çiçəkləməsi iyun, meyvəverməsi iyul aylarına təsadüf edir. Subalp və alp qurşaqlarında daşlı yamaclarda rast gəlinir.
Böyük Qafqazın Quba sahəsi və qərb hissəsində yayılmışdır.
Populyasiyanın təbii bərpasının zəif olması və sayının azalması müşahidə olunur. Populyasiyaların ekstremal iqlim şəraiti olan yerlərdə yayılması, iqlim amillərinin kəskin dəyişikliyinə həssaslıq müşahidə olunur.
Antropogen amillər (yay otlaqlıqlarının intensiv otarılması). Yayıldığı ərazilərdə sel daşmalarının və erroziya proseslərinin güclü olmasıdır.
Yayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasını təmin etmək, mütəmadi monitorinqlərin aparılması, populyasiyaların ciddi nəzarətə götürülməsi, mümkün rezervasiya imkanlarının araşdırılmasıdır.