Trindadi-e-Martin-Vas

Trindadi-e-Martin-Vas (port. Arquipélago de Trindade e Martim Vaz) — Atlantik okeanında yerləşən vulanik məşhəlli adalardan ibarət arxipelaq. Adalar Braziliyanın Estiritu-Santu ştatı ərazisinə daxildir. Adalar 1502-ci ildə portuqal dənizçi Juan di Nova tərəfindən kəşf edilmişdir. Adalarda məskunlaşma yoxdur.

Trindadi-e-Martin-Vas
port. Arquipélago de Trindade e Martim Vaz
Ümumi məlumatlar
Adaların sayı 5
Ən böyük adası Trindadi adası
Ümumi sahəsi 10,4 km²
Hündür nöqtəsi 620 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
20°31′30″ c. e. 29°19′30″ q. u.
Ölkə  Braziliya
Akvatoriya
Trindadi-e-Martin-Vas xəritədə
Trindadi-e-Martin-Vas
Trindadi-e-Martin-Vas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Adaların xəritəsi.
Trindadi-e-Martin-Vadın kosmosdan şəkili

Arxipelaq bir-birndən aralıda yerləşən beş adadan ibarətdir.

Trinidadi — elədə böyük olmayan ada, təxmini olaraq 1200 km Braziliya sahilindən şərqdə yerləşir. Adanın sahəsi 10,1 km² təşkil edir. Bu sadəcə okeanda görünən nəhəng silsilənin kiçik bir parçasıdır. Bu su altında olan silsilənin 5 km hündürlüyü vardır. Vulkanın yaşının 2 milyon olması hesab edilir.

Trinidadi — əfsanəvi ada Аssensao, 1502-ci ildə portuqal dənizçi Juan di Nova tərəfindən kəşf edilmişdir. 1700-ci ildə Trinidadi adası işğal edirlər. Sonradan ada portuqallara qaytarılır. 1785-ci ildə ada Jan-Fransua de Laperuz adanı ziyarət etmişdir. Burada portuqallar tərəfindən yurd salınmışdır. Yaşayış məntəqəsinin mövcudluğu əhəmiyyətsiz və böyük xərclər bahasına başa gəldiyindən bir müddət sonra tərk edilir[1].

1893-ci ildə amerikalı Ceyms Xarden-Hikki Trinidadi adasında olarkən burada Trinidad knyazlığını elan edilir[2][3].

1895-ci ilin iyulunda Böyük Britaniya adaları işğal etmişdir. Bu stateji baxımdan əhəmiyyətli adalar Atlantik okeanda böyük rol oynayırdı. Ceyms Harden-Hikki adanı tərk etməli olur. Bundan sonra o hakimiyyətini geri qaytarmaq məqsədi ilə ABŞ dövlətini bu məsələyə cəlb etmək istəyirdi. Sonradan Braziliya ada üzərində hakimiyyəti bərpa edə bilir. Hazırda burada Braziliyaya məxsus kiçik hərbi donanma yerləşir.

Belə bir əfsanə vardır ki, quldur Benito Bonito Lima kilsələrindən oğurlanmış xəzinəni burada gizlətmişdir. Ancaq bu xəzinənin mövcudluğu sual altındadır.

Ada UNO izləyiciləri arasında məşhurdur. Hətta oların foto şəkilləri belə çəkilmişdir. 16 yanvar 1958-ci ildə saat 12.15 radələrində «Admiral Nadanya» gəmisi Trinidadi adasından Rio-de-Janeyroya istiqamətlənir. 48 nəfər və heyət üzvü adanın səmasında uçan naməlum obyekti müşahidə etmişlər.

  1. J Vern. Boyük səyyahların tarixi. Üçüncü kitab: XIX əsr səyyahları. 1993
  2. Bryk, William, News & Columns Arxivləşdirilib 2006-04-30 at the Wayback Machine, New York Press, v 15 no 50 (Dec 10, 2002)
  3. «Principality of Trinidad: John H. Flagler’s Son-in-Law Is Its Sovereign, Self-Proclaimed as James I,» New York Times, June 10, 1894, p 23

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]