Trinidad knyazlığı

Trinidad knyazlığı (ing. Principality of Trinidad, fr. Principat d'Trinidad), port. Principado de Trinidade) — 1893-1895-ci illərdə Trindadi-e-Martin-Vas arxipelaqında mövcud olan tanınmamış dövlət.

Tanınmayan dövlət
Trinidad knyazlığı
ing. Principality of Trinidad
port. Principat d'Trinidad
Bayraq Gerb
Bayraq Gerb
 
 
 
1893 — 1895

Dilləri ingilis dili, fransız dili, portuqal dili
Ərazisi 4 769
İdarəetmə forması Monarxiya/Diktatura
 •  Ceyms Harden-Hikki
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Trinidad knyazlığı 1893-[1] cü ildə fransız-amerikan avanturisti Ceyms Harden-Hikki tərəfindən təşkil olunmuşdur. O, özünü I Ceyms adı ilə knyaz elan etmişdir[2][3]. Ceymsin fikirinə görə ölkə hərbi diktatorluq olmalı və özü ölkəni idarə etməli idi[2].

Trinidad knyazlığının poçt markası

Harden-Hikki ölkənin bayrağını, gerbini və markasını özü tərtib edir. Bir şxun əldə edərək koloniyaçıları adalara daşıyır. O, dövlət katibliyini təsis edərək qraf M. de la Buaseranı bu vəzifəyə təyin edir. Nyu-Yorkda ölkənin konsulluğu açılır. O ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə istiqrazlar buraxır[4] [5] [6] [7] [8] [9] [10].

1895-ci ilin iyulunda Böyük Britaniya ölkədə hakimiyyəti ələ keçirir. Harden-Hikki afaları tərk etməli olur. Trindadi-e-Martin-Vas adaları işğal edilməklə Böyük Britaniya okeanda böyük strateji mövqe əldə etmişdirlər. Harden-Hikki məsələyə ABŞ dövlətini cəlb etməklə yenidən hakimiyyətə qayıtmaq istəyirdi. Knyazlığın ləğvindən sonra iki Braziliya Böyük Britaniyaya adaları tərk etməyi tələb edir. İngilislər Trindadi-e- Martin-Vas adalarının hələ 170 il öncə ingilis astronom Edmund Qalley tərəfindən ziyarət olunmasınl əsas gətirərək iddiasını irəli sürmüşdür. Bununla belə Braziliya siyasi təzyiqləri dacam etdirmiş və bu məsələdə Portuqaliya krallığı ona yardım göstərmişdir. Üstəlik onlar adaların portuqaliyalı dənizçi tərəfindən 1502-ci ildə kəşf edildiyini isbatladığından adalar Braziliyaya qaytarılır.

  1. "To Be Prince of Trinidad: He Is Baron Harden-Hickey, " New York Tribune, Nov 5, 1893, p 1
  2. 1 2 Bryk, William, News & Columns Arxivləşdirilib 2006-04-30 at the Wayback Machine, New York Press, v 15 no 50 (Dec 10, 2002)
  3. «Principality of Trinidad: John H. Flagler’s Son-in-Law Is Its Sovereign, Self-Proclaimed as James I,» New York Times, June 10, 1894, p 23
  4. "Mr. Hickey’s Trinidad Invaded: Great Britain’s Warship Barracouta Takes Possession of the Land While the Prince Is in California, " New York Times, Jun 18, 1895, p 3
  5. "Trinidad’s Prince Awake: An Appeal to Washington Against Brazil and Great Britain, " New York Times, Aug 1, 1895, p 1
  6. "Grand Chancellor of Trinidad: Significant Phases in the Ascent of Male Comte de la Boissiere to His Elevated Diplomatic Post, " New York Times, Aug 2, 1895, p 9
  7. "Trinidad’s Case in Washington: Courteously, the Chancellor Would Permit Britain’s Cable Station and Use It, but There Is Graver Trouble, " New York Times, Aug 7, 1895, p 1
  8. "Trinidad’s Diplomat in Action: M. de la Boissiere Asks that His Sovereign’s Land Be Recognized as a Neutral Principality, " New York Times, Aug 9, 1895, p 5
  9. "Trinidad’s Prince at Work: Grand Chancellor de la Boissiere Tells How the War Between Great Britain and Brazil Will Be Averted, " New York Times, Jan 24, 1896, p 9
  10. "Flags of the World — Trindade and Martins Vaz Islands (Brazil)". 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.