Triniti adası

Triniti adası (ing. Trinity Island) — Palmera arxipelaqına daxil olan ada.

Triniti adası
ing. Trinity Island
Ümumi məlumatlar
Sahəsi 208 km²
Uzunluğu
  • 24 km
Eni 10 km
Hündür nöqtəsi 1119 m
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
63°47′00″ c. e. 60°44′00″ q. u.
Ölkə  Antarktida
Triniti adası xəritədə
Triniti adası
Triniti adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antarktik yarımadasından qərbdə, Hosizn adasından 37 km şərqdə yerləşir. Adanın uzunluğu 24 km, eni isə 10 km təşkil edir. Adanın sahəsi 208 km²[1] təşkil edir. Ən hündür nöqtəsi 1119 metrdir.

Otto Nordenşeld tərəfindən İsveç Antarktika ekspedisiyası zamanı (1901—1904) Edvard Bransfild tərəfindən «Triniti Topağının» kəşf olunması şərəfinə adlandırılmışdır[2][3] .

Adanın qayalıq hissəsi 50 ha təşkil edir ki, bu da cənub-qərbdə yerləşir. Bu hissə mühüm oenitoloji ərazidir. Burada 200 baş Antarktika mavigöz baklanını yuva qurur. Üstəlik adada Antarktika pinqvinlərinin böyük koloniyası vardır[4]. Ornitoloji bölgələrdən biridə Uollaston burnudur.

  1. "Arxivlənmiş surət". 2013-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-07.
  2. Otto Nordenskjöld, 1911: Wissenschaftliche Ergebnisse der Schwedischen Südpolar-Expedition 1901—1903. Bd. 1, Lieferung 1: Die Schwedische Südpolar-Expedition und ihre Geographische Tätigkeit, Lithographisches Institut des Generalstabs
  3. Trinity Island Arxivləşdirilib 2016-01-12 at the Wayback Machine im Australian Antarctic Data Center
  4. "Trinity Island southwest". BirdLife data zone: Important Bird Areas. BirdLife International. 2013. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-20.