Trixotesenlər

Trixotesenlər — toksik kiflər tərəfindən əmələ gələn mikotoksinlər.

Bu mikotoksinlərin geniş öyrənilmə səbəblərindən biri də odur ki , onlar əsasən Stachybotrys chartarum cinsli göbələklər tərəfindən sintez olunurlar və bu göbələk həmçinin toksik qara kif yaxud sadəcə olaraq qara kif olaraq adlandırılır .Toksik kiflərin bu cinsi evlərdə yaxud yaşayış yerlərində bir sıra problemlər yaradırlar .Trixotesenlər əsasən Fusarium cinsli göbələklər tərəfindən sintez edilir .Bununla bərabər onlar eyni zamanda Trichoderma , Myrothecium , Stachybotrys , Veriticimonosporium , Cephalosporium kimi toksik təsirli göbələklər tərəfindən də əmələ gəlir ( sintez edilirlər ) .Bu toksinlər qidalanmadan əlavə , təmas yolu ilə də insanlara təsir göstərə bilərlər .Trixotesenlərin təxminən 60 dan artıq tipi məlumdur .Trixotesenlər insanlarda aşağıdakı simptomlara səbəb ola bilərlər :

  • Göz quruluğu
  • halsızlıq
  • Ümumi diskomfort
  • Qusuntu
  • Diarreya
  • Zehni zəifləmə
  • Düşüncəsizlik
  • Qanaxma

Trixotesenlər mikotoksinlərin demək olar ki , ən toksik tiplərindəndirlər. Trixotesenlər təbii normal təbiət şəraitində uzun illlərlə qala bilirlər. Ultrabənövşəyi şüalar]] trixotesenləri məhv edə bilmir .Həmçinin onlar suda həll olmurlar .Trixotesenlər donmaya qarşı da davamlıdırlar .5 % li sodium hidroxlorit qarışığı onları məhv edə bilər.